Oxuyun

Flash Needs to be Turned On

Saylar fəsil 34

1 Rəbb Musaya dedi:2«İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq: 3Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq.4Sərhədiniz Aqrabbim keçidinin cənubundan dolaşaraq Zin səhrasına keçəcək və oradan Qadeş-Barneanın cənubuna qədər uzanacaq. Oradan Xasar-Addara uzanıb Asmona keçəcək.5Sərhəd Asmondan Misir vadisinə qədər dolaşacaq və onun ucu dənizin yanında olacaq. 6Qərb sərhədiniz Böyük dənizi və onun kənarı olacaq, qərb sərhədiniz belə olacaq. 7Şimal sərhədiniz bu olacaq: Böyük dənizdən Hor dağına qədər nişan qoyacaqsınız.8Hor dağından da Xamat keçidinə qədər nişan qoyacaqsınız. Sərhədin ucu Sedadda olacaq.9Sərhəd Zifrona uzanacaq və onun ucu Xasar-Enanda olacaq. Bu, şimal sərhədiniz olacaq. 10Şərq sərhədinizə Xasar-Enandan Şefama qədər nişan qoyacaqsınız.11Sərhəd Şefamdan Ayinin şərq tərəfində olan Rivlaya enəcək və oradan Kinneret gölünün şərq kənarındakı yamaclara çatacaq.12Sonra sərhəd İordan çayı boyunca enəcək və onun ucu Duz dənizinin yanında olacaq. 13Musa İsrail övladlarına əmr edib dedi: «Bu o torpaqdır ki, siz onu püşk vasitəsilə bölməlisiniz. Rəbbin əmri ilə onu doqquz yarım qəbilə arasında bölməlisiniz.14Çünki Ruven qəbiləsinin nəsilləri, Qad qəbiləsinin nəsilləri və Menaşşe qəbiləsinin o biri yarısı öz irsini aldılar.15Bu iki yarım qəbilə Yerixonun qarşısında İordan çayının şərq tərəfində irsini aldı». 16Rəbb Musaya dedi:17«Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua.18Torpaqları bölmək üçün hər qəbilədən bir nəfər rəhbər götürün.19Bu adamlar bunlardır: Yəhuda qəbiləsi üçün Yefunne oğlu Kalev;20Şimeon qəbiləsi üçün Ammihud oğlu Şamuel;21Binyamin qəbiləsi üçün Kislon oğlu Elidad;22Dan qəbiləsi üçün rəhbər olan Yoqli oğlu Buqqi;23Yusif oğullarından Menaşşe qəbiləsi üçün rəhbər olan Efod oğlu Xanniel;24Efrayim qəbiləsi üçün rəhbər olan Şiftan oğlu Qemuel;25Zevulun qəbiləsi üçün rəhbər olan Parnak oğlu Elisafan;26İssakar qəbiləsi üçün rəhbər olan Azzan oğlu Paltiel;27Aşer qəbiləsi üçün rəhbər olan Şelomi oğlu Axihud;28Naftali qəbiləsi üçün rəhbər olan Ammihud oğlu Pedahel». 29Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar bunlardır.