Oxuyun

Flash Needs to be Turned On

Qanunun Təkrarı fəsil 27

1 Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin.2İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin.3Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın.4Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin.5Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin.6Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin.7Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin.8Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın». 9Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz.10Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin». 11O gün Musa xalqa belə dedi:12«İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin.13Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali.14Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin: 15“Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!” 16“Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!” 17“Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!” 18“Qoy kor olanı yoldan azdırana lənət olsun!” 19“Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” 20“Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”. 21“Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!” 22“Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!” 23“Qoy qayınanası ilə yatana lənət olsun!” 24“Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!” 25“Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!” 26“Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!”