Şəhadətlər

Tənha deyiləm

Hər bir insan nə vaxtsa özünü tənha hiss edə bilər. Barəsində danışacağımız şəxs isə hələ cavan yaşlarında ailəsində tənhalıqla üzləşir. Cavan ikən ailə quran, amma tez bir zamanda uğursuzluqla qarşılaşan İradənin həyatı bir çoxları üçün maraqlı ola bilər. Həm ailəsini, həm də doğma anasını itirən İradə üçün başqa bir təsəlli yeri yox idi. Lakin günlərin birində İradənin bir filmə baxması onun həyatına böyük dəyişiklik gətirir.

İradənin həyatında olan bu dəyişikliyi daha ətraflı saytımızda yerləşdirdiyimiz "Möcüzələr Silsiləsi" adlı filmdən izləyə bilərsiniz.

Qorxudan azadam

Nəsildən gələn lənətlərə və xəstəliklərə bir çox ailələrdə rast gəlmək olar. Haqqında danışacağımız şəxsin nəslini də belə bir lənət - böyrək xəstəliyi izləyirmiş. Uşaqlıqdan xəstəliklə üzləşən və uşaq ikən bir böyrəyini itirən Şükran üçün bu həyat, qorxulu bir filmi xatırladırdı. İstənilən bir anda ölə biləcəyini düşünərək bu qızın həyatda nələr keçirdiyinin və ölüm qorxusuna necə qələbə çaldığının özünüz də şahidi ola bilərsiniz. Bunun üçün saytımızda yerləşdirdiyimiz "Möcüzələr Silsiləsi" adlı qısa filmdən Şükranın şəhadətini izləyə bilərsiniz.