Qorxudan azadam

Nəsildən gələn lənətlərə və xəstəliklərə bir çox ailələrdə rast gəlmək olar. Haqqında danışacağımız şəxsin nəslini də belə bir lənət - böyrək xəstəliyi izləyirmiş. Uşaqlıqdan xəstəliklə üzləşən və uşaq ikən bir böyrəyini itirən Şükran üçün bu həyat, qorxulu bir filmi xatırladırdı. İstənilən bir anda ölə biləcəyini düşünərək bu qızın həyatda nələr keçirdiyinin və ölüm qorxusuna necə qələbə çaldığının özünüz də şahidi ola bilərsiniz. Bunun üçün saytımızda yerləşdirdiyimiz "Möcüzələr Silsiləsi" adlı qısa filmdən Şükranın şəhadətini izləyə bilərsiniz.