Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 1

1Pislərin məsləhəti ilə getməyən,Günahkarların yolunda dayanmayan,Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!2O ancaq Rəbbin Qanunundan zövq alar,Gecə-gündüz bu təlimatı dərin düşünər.3Axar sular kənarında əkilən ağac kimiBarını mövsümündə verər,Yarpağı solmaz,Etdiyi hər işdə uğur qazanar.4Pis adamlarsa belə deyil,Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.5Buna görə pis adamlar hökm günündə,Günahkarlar salehlərin məclisində dayana bilməz.6Çünki Rəbb salehlərin yolunu qoruyur,Pislərinsə yolu onları ölümə aparır.