Müqəddəs Kitab

Flash Needs to be Turned On

Süleymanın Məsəlləri fəsil 1

1İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri: 2Hikmət və tərbiyəyə malik olmaq,Müdrik sözləri dərk etmək üçün,3Salehlik, ədalət, insaf barədəİdrak tərbiyəsi almaq üçün,4Cahillərə uzaqgörənlik,Gənc oğlana bilik və dərrakə vermək üçün;5Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın,Dərrakəli adam sağlam məsləhət alsın.6Bu yolla insanlar məsəl və kinayələri,Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.7Rəbb qorxusu biliyin başlanğıcıdır,Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.8Oğlum, ata tərbiyəsinə qulaq as,Ananın öyrətdiklərini kənara atma.9Onlar başını gözəl çələng kimi,Boynunu boyunbağı kimi bəzər.10Oğlum, qoyma səni günahkarlar azdırsın.11Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək,Nahaq yerə günahsızları güdək,12Gəl onları ölülər diyarı kimi diri-diri udaq,Tamam qəbirə düşənlərə bənzəsinlər.13Onda çoxlu qiymətli sərvət taparıq,Evlərimizi talan malı ilə doldurarıq.14Bizə qoşul,Qoy kisəmiz bir olsun»,15Oğlum, onlara qoşulma,Yollarına ayaq basma.16Çünki onların ayaqları pisliyə tərəf qaçar,Qan tökməyə tələsər.17Bir quşun gözü önündəTələ qurmaq faydasızdır.18Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür,Güdməkləri öz canları üçündür.19Tamahkarın yolu həmişə belədir,Tamahı onun canını alar.20Hikmət bayırda ucadan çağırır,Meydanlarda onun səsi ucalır.21O, səsli-küylü küçələrin başında çağırır,Şəhər darvazalarında deyir:22«Ey cahillər, nə vaxtadəkCəhaləti sevəcəksiniz?Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq,Axmaqların bilikdən zəhləsi gedəcək?23Məzəmmətimdən düzəlsəydiniz,Ruhumu üstünüzə tökərdim,Sözlərimi sizə bildirərdim.24Sizi çağıranda məni rədd etdiniz,Əlimi uzadanda əhəmiyyət vermədiniz.25Bütün nəsihətlərimi boş saydınız,Məzəmmətlərimi qəbul etmədiniz.26Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm,Dəhşət sizi bürüyəndə,27Tufan kimi dəhşət sizə hücum çəkəndə,Sizə qasırğa kimi bəla gələndə,Dara, əziyyətə düşəndə istehza edəcəyəm.28O vaxt məni çağıranlara cavab verməyəcəyəm,Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.29Çünki onlar biliyə nifrət etdilər,Rəbdən qorxmaq istəmədilər,30Nəsihətimi istəmədilər,Hər məzəmmətimi rədd etdilər.31Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər,Öz nəsihətləri ilə doyacaqlar.32Cahili özbaşınalığı öldürəcək,Axmağı laqeydliyi məhv edəcək.33Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq,Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».