Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 115

1Bizi yox, ya Rəbb, bizi yox,Məhəbbətin, sədaqətin naminəÖz adını şərəfləndir.2Niyə millətlər belə desin:«Onların Allahı haradadır?»3Allahımız göylərdədir,Öz istədiyini edir.4Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.5Ağızları var, danışa bilmir,Gözləri var, amma görmür,6Qulaqları var, eşitmir,Burunları var, qoxu bilmir,7Əlləri var, hiss etmir,Ayaqları var, gəzə bilmir,Boğazlarından səs gəlmir.8Bütləri düzəldən, onlara güvənən insanlarBu bütlər kimi cansız olacaqlar.9Ey İsraillilər, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!10Ey Harun nəsli, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!11Ey Rəbdən qorxanlar, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!12Rəbb bizi unutmayıb,Bizə xeyir-dua verəcək –İsrail nəslinə xeyir-dua verəcək,Harun nəslinə xeyir-dua verəcək,13Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək.14Qoy Rəbb sizi,Sizi və nəslinizi artırsın!15Rəbdən, göyləri və yeri YaradandanBərəkət alasınız!16Rəbb səmaya sahibdir,Yeri bəşər övladlarına verdi.17Ölənlər, sükut diyarına düşənlərRəbbə həmd etmirlər.18Lakin biz Rəbbə alqış edirikİndidən sonsuzadək. Rəbbə həmd edin!