Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 124

1İndi İsrail söyləsin:Rəbb tərəfimizi saxlamasaydı,2Bizə qarşı insanlar qalxarkənRəbb tərəfimizi saxlamasaydı,3Bizə qarşı qəzəblərindən yanarkənBizi diri-diri udardılar,4Sular bizi yuyub-aparardı,Sellər üstümüzü basardı,5Azğın sular üstümüzü basardı.6Alqış olsun Rəbbə!O bizi onların dişlərinə ov etmədi.7Bizi ovçunun tələsindən bir quş kimi qurtardı,Tələ qırıldı, canımız azad oldu.8Bizə Rəbbin adından,Göyləri və yeri yaradandan yardım gəlir.