Flash Needs to be Turned On
1Rəbb Siona bəxtəvər günlərini qaytarandaBizə röya kimi gəldi.2Dodaqlarımızdan gülüş tökülürdü,Dilimizdən sevinc harayı yüksəlirdi.Millətlər öz aralarında belə deyirdi:«Rəbb onlar üçün böyük işlər görüb».3Bunun üçün sevinirik,Çünki Rəbb bizim üçün böyük işlər görüb.4Selləri Negevə qaytardığın kimi,Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.5Göz yaşı ilə əkənlərSevinc harayı çəkərək biçəcək.6Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedənSevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.