Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 132

1Ya Rəbb, Davudu,Çəkdiyi bütün əzabları,2Rəbbə etdiyi andı,Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.3O dedi: «Öz evimdə yaşamaram,Yatağımda yatmaram,4Gözümə yuxu getməz,Gözlərimi yummaram5Rəbbə layiq bir yer,Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».6Əhd sandığının Efratada olduğunu eşitdik,Onu Yaar tarlalarında tapdıq.7Dedik: «Gəlin, Onun məkanına gedək,Kətilində səcdə edək».8Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgəİstirahət edəcəyin yerə qalx.9Kahinlərin həqiqətə bürünsün,Möminlərin Səni mədh etsin.10Qulun Davudun xatirinəMəsh etdiyindən üz döndərmə.11Rəbb Davuda sədaqətlə and içdi,Bu andından dönməz:«Belindən gələn oğullarından biriniSəndən sonra taxtında oturdacağam.12Əgər övladların əhdimə,Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə,Onların oğulları daSonsuza qədər sənin taxtında oturacaq».13Çünki Rəbb Sionu seçdi,Orada Öz məskənini salmaq istədi.14Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir,İstəyirəm ki, burada məskən salım.15Bu yerə bol ruzi-bərəkət verəcəyəm,Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.16Kahinlərini zəfərə bürüyəcəyəm,Möminləri sevinclə mədh oxuyacaq.17Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.18Düşmənlərini xəcalətə salacağam,Lakin onun tacı nur saçacaq».