Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 135

1Rəbbə həmd edin! Rəbbin isminə həmd edin,Ey Rəbbin qulları, həmd edin!2Ey Rəbbin evində xidmət edənlər,Allahımızın evinin həyətində duranlar,3Rəbb yaxşıdır, Rəbbə həmd edin,O nə qədər şirindir, isminə tərənnüm oxuyun!4Çünki Rəbb Özü üçün Yaqubu seçdi,İsraili Özünə məxsus xalq olaraq seçdi.5Bilirəm, Rəbb əzəmətlidir,Xudavəndimiz bütün allahlardan üstündür.6Göylərdə, yer üzündə,Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.7Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar,Küləkləri öz mənbələrindən çıxarar.8Rəbb Misirlilərin ilk oğullarını qırdı,Hər insanın, hər heyvanın ilk balasını öldürdü.9Ey Misir, sənin daxilində,Fironla bütün əyanlarının üzərindəO, əlamətlərini, möcüzələrini göstərdi.10Nə qədər millətləri qırdı,Qüdrətli padşahları öldürdü.11Emorluların padşahı Sixonu,Başan padşahı Oqu,Bütün Kənan padşahlarını qırdı.12Onların torpaqlarını, mülkləriniÖz xalqı İsrailə irs olaraq verdi.13Ya Rəbb, ismin əbədidir!Ey Rəbb, şöhrətin nəsillərdən-nəsillərə çatır!14Rəbb xalqına haqq verəcək,Qullarına rəhm edəcək.15Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.16Ağızları var, danışa bilmir,Gözləri var, amma görmür,17Qulaqları var, eşitmir,Ağızlarından nəfəs gəlmir.18Bütləri düzəldən, onlara güvənən insanlarBu bütlər kimi cansız olacaqlar.19Ey İsraillilər, Rəbbə alqış edin!Ey Harun nəsli, Rəbbə alqış söyləyin!20Ey Levi nəsli, Rəbbə alqış edin!Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!21Rəbbə Siondan alqış oxunsun!Rəbb Yerusəlimdə yaşayır! Rəbbə həmd edin!