Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 146

1Rəbbə həmd edin! Ey könlüm, Rəbbə həmd et!2Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm,Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!3Əsilzadələrə,Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.4Onlar canı çıxan kimi torpağa düşər,Niyyətləri bircə anda yox olar.5Nə bəxtiyardır Yaqubun Allahından kömək alan,Yalnız Allahı Rəbbə ümid bağlayan insan!6Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan,Odur əbədi sadiq qalan.7O, miskinlərə haqq qazandırır,O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir,8Rəbb kor gözləri açır.Rəbb qəddi əyilənləri düzəldir,Rəbb salehləri sevir.9Rəbb qəriblərə dayaq olur,Yetimi, dul qadını ayağa qaldırır,Pislərinsə yollarını dolaşdırır.10Rəbb əbədi hökmranlıq edir,Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!