Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 32

1Üsyankarlığı bağışlanan,Günahı əfv olunan insanNə bəxtiyardır!2Rəbb tərəfindən təqsirkar sayılmayan,Qəlbində hiylə olmayan insanNə bəxtiyardır!3Etiraf etməyəndəBütün gün nalə çəkməkdənSümüklərim taqətdən düşdü.4Əlin üzərimdə gecə-gündüz ağırlaşdı,Sanki yayın quraqlığı məni taqətdən saldı.Sela5Sonra Sənə günahımı etiraf etdim,Təqsirlərimi gizlətmədim.Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm».Təqsirimi, günahımı bağışladın.Sela6Buna görə hər bir möminSəni tapan zaman Sənə dua etsin.Azğın sellər daşsa da,Möminə toxunmaz.7Sığınacaq yerim Sənsən,Məni dardan hifz edirsən.Zəfər harayı iləƏtrafımda dövr edirsən.Sela8Dedin: «Sənə təlim verəcəyəm,Gedəcəyin yolu öyrədəcəyəm.Nəsihət verəcəyəm,Gözüm sənin üstündə olacaq.9At yaxud qatır kimiŞüursuz olmayın.Cilov, yüyən vurulmasa,Onlar idarə edilə bilməz».10Pislərin başına çox bəla gələr,Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.11Ey salehlər, fərəhlənin,Rəbbə görə sevinin!Ey ürəyidüz olanlar,Onu mədh edin!