Flash Needs to be Turned On
1Müqəddəs dağlarRəbbin şəhərinin təməlidir,2Yaqubun bütün məskənlərindən çoxSionun darvazaları Ona əzizdir.3Ey Allahın şəhəri,Haqqında bu şanlı sözləri deyirlər:Sela4«Məni tanıyanların içindənRahavın, Babilin adını çəkəcəyəm.Həm də Filişt, Sur, Kuş barədəDeyiləcək: “Bunlar da bu yerdə doğulub”.5Bəli, Sion barədə deyiləcək:“Onların hamısı bu yerdə doğulub,Haqq-Taala buranı sarsılmaz edəcək”.6Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq:“Bunlar bu yerdə doğulub”.Sela7Oxuyanlar, rəqs edənlər belə deyəcəklər:“Səndə mənim üçün hər cür çeşmə var”».