Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeşaya fəsil 7

12Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi. 3Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx».4Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın!5Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq6belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”».7Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq.8Çünki Aramın paytaxtı Dəməşqdir,Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonraDarmadağın edilib xalq kimi qalmayacaq.9Efrayimin paytaxtı Samariyadır,Samariyanın başçısı isə ancaq Remalyanın oğludur.Əgər imanda möhkəm durmasanız,Heç dayana bilməzsiniz». 10Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə.11Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun».12Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm».13Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz?14Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq.15Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək.16Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq.17Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək.18O vaxt gələndə Rəbb fit çalacaq vəMisir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi,Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək.19Onlar axın-axın gəlib dərin vadilərdə,Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda,Otlaqlarda məskunlaşacaq.20O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə –Aşşur padşahı ilə saçlarınızı,Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq.21O gün bir düyə ilə bir cüt qoyun bəsləyən22Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək.Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək.23O gün min gümüş dəyərində min tənək olanBağ tikanlı, qanqallı çölə dönəcək.24Adamlar oralardan oxlarla, kamanlarla keçəcək,Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək.25Bir vaxt şumlanıb əkin əkilən təpələrKimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək,Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək».