Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeşaya fəsil 8

1 Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz yaz.2Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim». 3Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy.4Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq». 5Rəbb mənimlə yenə danışıb belə dedi:6«Bu xalq sakit axan Şiloah sularını rədd edibResinlə Remalyanın oğluna meyl saldıqlarına görə7Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını –Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm.Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq.8Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək,Boğaza qədər çatacaq.Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!»9Ey xalqlar, pis işlər görün və qırılın!Ey yer üzünün bütün uzaq ölkələri, eşidin!Döyüşə hazırlaşın və qırılın!Bəli, döyüşə hazırlaşın və qırılın!10Birlikdə məsləhətləşin, o boşa çıxacaq.İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq,Çünki Allah bizimlədir. 11Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi:12«Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin, Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin.13Ordular Rəbbini müqəddəs sayın,Ondan qorxun və lərzəyə gəlin!14O, Müqəddəs məkan olacaq, Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası,Yerusəlim sakinlərinə tələ və tor olacaq.15Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq,Tələyə düşüb əsir aparılacaq».16Ya Rəbb, şagirdlərimin arasındaŞəhadətini qoruyub saxla, təlimini möhürlə!17Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm, Ona ümid edəcəyəm.18Mən və Rəbbin mənə verdiyi övladlarSion dağında məskunlaşan Ordular Rəbbininİsraildəki rəmzləri və nişanələriyik. 19Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı?20Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.21Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər.22Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar».