Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yeremya fəsil 18

1 Rəbdən Yeremyaya bu söz nazil oldu:2«Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm».3Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir.4Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi. 5Mənə yenə Rəbbin sözü nazil oldu:6«Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli.7Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə8əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm.9Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə10əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm.11İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”. 12Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”».13Buna görə Rəbb belə deyir:«İndi millətlər arasında soruşun ki,Kim belə sözlər eşitmişdir?Bakirə qıza bənzəyən İsrailDəhşətli bir iş etdi.14Livanın qarı qayalı dağ yamaclarındanHeç əskik olarmı?Uzaqdan axan soyuq sular quruyarmı?15Amma xalqım Məni unutdu,Saxta allahlara buxur yandırdı.Bu allahlar onların gedəcəyi yollarda,Qədim yollarda büdrəmələrinə səbəb oldu,Onları hamar olmayanDolanbac yollarda gəzdirdilər.16Ölkələri viran ediləcək,Əbədi kinayə hədəfinə çevriləcək.Onda oradan ötən hər kəsHeyrətə gəlib başını bulayacaq.17Onları səmum küləyi kimiDüşmən önündə pərən-pərən salacağam.Onlara fəlakət günündəÜzümü deyil, arxamı göstərəcəyəm». 18O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».19Ya Rəbb, mənə yaxşı qulaq as,Mənimlə çəkişənlərin sözünü eşit.20Yaxşılığın əvəzində pislik edilərmi?Onlar canımı almaq üçün quyu qazır.Unutma, mən önündə ona görə dayanmışam ki,Onlar üçün yaxşı şey istəyim,Onlardan qəzəbini döndərim.21Buna görə də onların övladlarınıAclığa ver, qılınc ağzına təslim et.Qadınları uşaqsız və dul qalsın,Ərlərini ölüm aparsın.Cavanlarını müharibədə qılınc öldürsün.22Sən onların üzərinəQəflətən qarətçilər göndərəndəQoy evlərindən fəryad eşidilsin.Çünki məni tutmaq üçün quyu qazdılar,Ayağımın altında gizlincə tələ qurdular.23Ancaq, ya Rəbb, məni öldürmək üçünQurduqları bütün qəsdləri Sən bilirsən.Təqsirlərini bağışlama,Günahlarını önündən silmə.Sənin önündə yıxılsınlar,Qəzəbin vaxtı onlara qarşı hərəkət et.