Müqəddəs Kitab

Flash Needs to be Turned On

Mərsiyələr fəsil 1

1 Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi,İndi dul qadına bənzəyir –Millətlər arasında ulu sayılan,Ellər arasında mələkə olan,Bu şəhər nökərçilik edir.2Gecələr acı-acı ağlar,Göz yaşları ilə yanağı islanar,Məşuqlarının arasındanOna təsəlli verən yoxdur.Bütün dostları ona xəyanət etdi, düşmən oldu.3Yəhuda dərdə, ağır zillətə düşüb,İndi sürgünə gedir.O, millətlər arasında yaşayır,O torpaqlarda rahatlıq tapmır,Yəhuda bu iztiraba düşəndə,Təqibçilər ona çatdılar.4Siona gedən yollar yas tutur,Çünki bayramlarına gələn yoxdur,Buranın bütün darvazaları kimsəsiz qalıb,Kahinləri ah-zar edir.Bu şəhərin qızları əzab-əziyyət çəkir,Buranın aqibəti acıdır,5İndi düşmənlər bu şəhərin üstündə hökmrandır,Bu yağılar gör necə firavan yaşayır.Çox üsyankar olduqlarına görəRəbb onları bu zülmə saldı,Övladları düşmən önündə əsir aparıldı.6Sion qızının cah-calalı yox oldu,Onların başçıları otlaqsız maral kimi oldu,Onlar təqib edənlərin qarşısındanTaqətsiz qaçırlar.7Yerusəlim sıxıntı içində avara gəzərkənÖtən günlərdə olan bütün sərvətini xatırlayır,Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur.Düşmənləri ona baxır,Yıxılmağına gülür.8Yerusəlim böyük günah işlətdi,Ona görə özünü murdar etdi.Yerusəlimə hörmət edənlərin hər biriİndi ona xor baxır,Çünki onu çılpaq görürlər,O da üzünü yana çevirib inləyir.9Ətəyində ləkələr qaldı,Sonunu düşünməz oldu,Ona görə qorxunc surətdə yıxıldı,Ona təsəlli verən yoxdur,Ya Rəbb, gör bu əzabımı,Çünki düşmən zəfər çaldı.10Onun bütün sərvətini talamaq üçünDüşmən əlini uzatdı.Göz önündəcə millətlər,Camaatın arasına girməsini qadağan etdiyinMüqəddəs məkanına soxuldu.11Oranın bütün xalqı zarıyır, çörək axtarır,Canlarını taqətə gətirmək üçünSərvətlərinin əvəzinə azuqə alır.«Ya Rəbb, indi bax, halımı gör,Bir səfilə dönmüşəm».12Ey yoldan keçənlərin hamısı,Bu iş sizin üçün boşdurmu?Baxın dərdimə, bunun kimisi varmı,Mənim başıma gətirilən dərd başqasında olarmı?Rəbb qəzəbdən alovlanandaBu dərdi başıma tökdü.13Yuxarıdan od göndərdi,Sümüklərimədək bu odu yeritdi.Ayaqlarım üçün tor qurdu,Məni geri qaytardı.Gün boyu məni yalqız qoydu, taqətdən saldı.14Xudavənd günahlarımı mənə boyunduruq etdi,Əli ilə bir-birinə hördü,Onları boynuma keçirtdi,Taqətimi tükəndirdi.Məni qarşısında dura bilmədiyimİnsanlara təslim etdi.15Məni müdafiə edən cəngavərlər vardı,Hamısı Xudavənd tərəfindən atıldı.Mənə qarşı bir ordu göndərdi,Seçmə igidlərimi qırıb tapdalatdı.Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.16Bunlar üçün ağlayıram,Gözlərimdən yaş axır.Təsəlli verən məndən uzaqdır,Məni dirçəldən uzaqdır.Övladlarım yalqız qalıb,Çünki düşmən zəfər çalıb.17Sion əl açıb,Amma ona təsəlli verən yoxdur.Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib:«Qoy qonşuları onun düşməni olsun,Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».18Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım,Ey bütün xalqlar, siz mənə qulaq asın!Mənim çəkdiyim bu dərdə baxın,Bakirə qızlarım, igidlərim sürgünə gedib.19Müttəfiqlərimi çağırdım,Lakin məni aldatdılar,Kahinlərim, ağsaqqallarım cana gəlmək üçünYemək axtardılar,Amma şəhərin içindəcə canlarını tapşırdılar.20Ya Rəbb, bax dara düşmüşəm,Canım əzabdan yanır.Çox üsyankarlıq etmişəm,Buna görə ürəyim üzülür.Bayırdakı qılınc məni övladsız qoyur,Ölüm evimi içəridən bəzəyir.21Necə ah-zar çəkdiyimi eşidiblər,Amma mənə təsəlli verən yoxdur,Düşmənlərim bu əziyyətimdən xəbər tutdu,Onlar başıma gələnlərə sevinir,Elan etdiyin günü yetir!Qoy onlar mənim vəziyyətimə düşsün.22Etdikləri pislikləri yada sal,Üsyankarlığıma görə mənə etdiyini onlara da et,Çox ah-nalə çəkirəm,Ürəyim taqətdən düşüb.