Müqəddəs Kitab

Flash Needs to be Turned On

Mərsiyələr fəsil 2

1Xudavənd Sion qızına qəzəblənərkənOnu hər tərəfdən qara bulud aldı.İsrailin əzəmətini göydən yerə tulladı,Qəzəbləndiyi gün kətilini xatirindən çıxardı.2Xudavənd aman vermədənYaqub nəslinin bütün məskənlərini dağıtdı,Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı,Padşahlığı, başçıları yerlə yeksan etdi.3Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi,Düşmən önündə onun üstündən sağ əlini götürdü.Sanki Yaqub nəslini hər tərəfdən oda saldıGöndərdiyi atəşlə yandırıb-yaxdı.4Düşmən kimi kamanının yayını dartdı,Yağı kimi sağ əlini qaldırdı,Gözə xoş görünənləri tamamilə öldürdü.Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.5Xudavənd İsraili uddu,Onunla düşmən kimi rəftar etdi.Bütün saraylarını yerlə yeksan etdi,Qalalarını viran qoydu,Yəhudanın fəryadını, fəğanını daha da artırdı.6Çardağını viranə bağlar tək qırıb tökdü,Görüş yerlərini xarabalığa çevirdi,Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu,Qəzəbi ilə padşahını, kahinini atdı.7Xudavənd qurbangahını rədd etdi,Müqəddəs məkanını tərk etdi.Saraylarının sədlərini düşmən əlinə keçirtdi,Onlar bayram günlərində olduğu kimiRəbbin məbədində haray qopardı.8Rəbb niyyət etdi ki,Sion qızının divarlarını dağıtsın.Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək.Qala divarını, səddini, matəmə bürüyüb,Hamısı qüvvələrini itirib.9Onun darvazalarını yerə batırdı,Cəftələrini qırıb atdı,Padşahlarını, başçılarınıYad millətlərin arasına saldı,Qanuna əməl edilmir,Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.10Sion qızının ağsaqqalları susub-dinmir,Onlar toz-torpaq içində əyləşib,Başlarına toz töküb, çul geyib,Yerusəlimin bakirə qızları başlarını yerə dikib.11Ağlamaqdan gözlərimin nuru gedir,Canım əzabdan yanır.Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır.Çünki şəhər meydanlarındakıKörpələrin, uşaqların huşu başından çıxır.12Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər,Ana qucağında can verirlər.Analarından soruşurlar:«Hanı çörək, hanı şərab?»13Ey Yerusəlim qızı, sənə nə deyim?Səni kimlə müqayisə edim?Ey bakirə Sion qızı, səni kimə bənzədim?Bununla mən sənə təsəlli verə bilim?Çünki yaran dəniz qədər dərindir,Sənə kim şəfa verə bilər?14Sənin üçün görülən görüntülər yalan oldu,Peyğəmbərlərin səni aldatdı.Firavanlığını sənə qaytarmaq üçünTəqsirlərini üzə çıxartmadılar,Amma bu peyğəmbərlər səni azdırdı,Sənin üçün yalandan görüntülər gördü.15Yoldan keçən bütün insanlarQarşında əl çalırlar,Başlarını yelləyib səni fitə basırlar.Yerusəlim qızına belə deyirlər:«Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»16Bütün düşmənlərin səni ələ salır,Fitə basır, diş qıcıdır,«Onu udduq,Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.17Rəbb Öz iradəsini yerinə yetirdi,Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi.Səni viran qoydu, aman vermədi,Düşmənlərini sənin halına sevindirdi,Yağılarını gücləndirdi.18Xalq Xudavəndə ürəkdən fəryad etdi,Ey Sion qızının divarı!Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın,Dincəlmə, aç gözlərini, yumulmasın.19Qalx, gecə fəryad etməyə,Gecə növbələri başlayarkənXudavəndin hüzurunda qəlbini sular kimi açıb tök.Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə,Onlar hər tin başında acından huşunu itirir.20Ya Rəbb, indi bax, xalqının halını gör!Kiminlə belə rəftar etmisən?Analar uşaqlarını, əziz balalarınımı yesin?Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?21Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır.Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir.Qəzəbləndiyin gün onları qətlə çatdırmısan,Aman vermədən qırmısan.22Qorxduqlarımı hər yandan çağırmısan,Elə bil bayrama dəvət etmisən.Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı,Onların arasından sağ qalan olmadı,Sevə-sevə övlad böyütmüşdüm,Onları düşmənim həlak etdi.