Müqəddəs Kitab

Flash Needs to be Turned On

Amos fəsil 1

1Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü.2Amos belə dedi: «Rəbb Siondan nərə çəkir,Yerusəlimdən guruldayır.Bundan otlaqlar solur,Karmel dağının başı quruyur. 3Rəbb belə deyir:“Dəməşqlilərin üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam,Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü.4Buna görə də Xazaelin sarayına od yağdıracağam ki,Ben-Hadadın qalalarını yandırıb-yaxsın.5Dəməşqin darvazalarının sürgülərini qıracağam,Aven dərəsindən əhalini silib-atacağam,Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm,Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir.6Rəbb belə deyir:“Qəzzəlilərin üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam.Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi.7Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki,Oranın qalalarını yandırıb-yaxsın.8Aşdoddan əhalini silib-atacağam,Aşqelondan əsa gəzdirəni kəsəcəyəm.Eqrona qarşı əlimi qaldıracağam,Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir.9Rəbb belə deyir:“Surluların üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam,Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu.10Buna görə də Surun divarlarına od yağdıracağam ki,Oranın qalalarını yandırıb-yaxsın”.11Rəbb belə deyir:“Edomluların üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam,Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular,Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər.12Buna görə də Temana od yağdıracağam ki,Bosranın qalalarını yandırıb-yaxsın”.13Rəbb belə deyir:“Ammonluların üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam,Çünki onlar ərazilərini genişləndirmək üçünGileadda hamilə qadınların qarınlarını yırtdılar.14Buna görə də Rabbanın divarına od vuracağam ki,Oranın qalalarını yandırıb-yaxsın.Bu yer döyüş zamanı qışqırtı ilə,Qasırğa günü fırtına ilə dağılacaq.15Onların padşahları ilə başçılarıBirgə sürgünə aparılacaq” Rəbb belə deyir.