Müqəddəs Kitab

Flash Needs to be Turned On

Avdiya fəsil 1

1Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir:Biz Rəbdən xəbər eşitdik,Millətlər arasına«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.2«Bax səni millətlər arasında kiçildəcəyəm,Hamı sənə xor baxacaq.3Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran!Ürəyinin qüruru səni aldatdı,Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.4Sən qartal kimi yuxarı uçubYuvanı ulduzlar arasında qursan da,Səni oradan endirəcəyəm».Rəbb bəyan edir.5«Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,Ancaq öz istədikləri qədər oğurlamazdılarmı?Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,Bir neçə salxımı saxlamazdılarmı?Amma gör səni nə cür müsibətlər gözləyir!6Esavın hər şeyi talan ediləcək,Gizli xəzinələri aşkara çıxarılacaq.7Səninlə əhd bağlayanların hamısıSəni ölkəndən qovacaq,Müttəfiqlərin səni aldadıb məğlub edəcək.Səninlə çörək yeyənlər sənə tələ quracaq,“Onun ağlı haradadır?” deyəcək».8Rəbb bəyan edir:«O gün Edomun hikmətli adamlarını,Esav dağındakı müdrikləri məhv edəcəyəm.9Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək.10Qardaşın Yaquba etdiyin zorakılığa görəSən xəcalət içində qalacaqsan,Əbədi məhv olacaqsan.11Yadellilər onun sərvətini aparandaSən uzaqda durub tamaşa etdin.Əcnəbilər onun şəhər darvazalarından giribYerusəlim üçün püşk atandaSən də onlardan biri kimi davrandın.12Sən gərək Yəhudalı soydaşlarınınBədbəxtlik günündən zövq almayaydın,Həlak olduqları gün sevinməyəydin,O əzablı gündə rişxənd etməyəydin,13Xalqımın fəlakətli günündəOnların şəhər darvazalarından girməyəydin,Başlarına bəla gələn günOnların fəlakətini sevinclə seyr etməyəydin,Başlarına bəla gələn günOnların malına əl uzatmayaydın!14Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçünYol ayrıcında dayanmayaydın,O əzablı gün qurtulanlarıDüşmənə təslim etməyəydin!15Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək,Əməllərinin əvəzi öz başına gələcək!16Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimiBütün xalqlar durmadan içəcək,İçib yox olacaq,Sanki əvvəldən yox idi.17Lakin qurtuluş tapanlarSion dağına toplanacaq,O dağ müqəddəs olacaq.Yaqub nəsli mülkünə sahib olacaq!18Yaqub nəsli od,Yusif nəsli alov,Esav nəsli isə küləş olacaq,Yaqub və Yusif nəsliEsav nəslini yandırıb məhv edəcək.Esav nəslindən qurtulan olmayacaq.Çünki Rəbb belə söylədi.19Negev sakinləri Esav dağını,Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini,Yəhudalılar Efrayimlə Samariya torpaqlarını,Binyaminlilər isə Gileadı zəbt edəcək.20Xalahda olan İsrail sürgünləriKənanın Sarfata qədər uzanan torpaqlarını,Sefaradda olan Yerusəlim sürgünləriNegev şəhərlərini zəbt edəcək.21Xalqı qurtaranlar Sion dağına çıxıbEsav dağına hökm edəcək:Rəbb səltənət sürəcək».