Müqəddəs Kitab

Flash Needs to be Turned On

2 Korinflilәrә fəsil 3

1Özümüz barədə yenə zəmanət veririkmi? Yoxsa bəziləri kimi sizə yazılan və yaxud sizin yazdığınız zəmanət məktublarına ehtiyacımız var?2Bütün insanların tanıdığı, oxuduğu, ürəklərimizə yazılmış məktubumuz sizsiniz.3Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür; bu məktub mürəkkəblə yox, var olan Allahın Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb.4Məsih sayəsində Allah hüzurunda belə etibarımız var.5Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.6O bizi Yeni Əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu Yeni Əhd yazılı Qanuna deyil, Ruha əsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir. 7Ölümlə nəticələnən xidmət, yəni daş lövhələr üzərində həkk olunan yazılı Qanun elə ehtişamla gəldi ki, Musanın üzündən parlayan ehtişam ötəri olduğu halda İsrail övladları onun üzünə baxa bilmirdilər.8Onda Ruha əsaslanan xidmət daha da ehtişamlı olmazmı?9Əgər insanı məhkum edən xidmətin ehtişamı varsa, salehlik qazandıran xidmətin ehtişamı nə qədər çoxdur.10Çünki əvvəllər ehtişamlı olanın indi hədsiz ehtişamı olanla müqayisədə ehtişamı yoxdur.11Əgər ötəri olan ehtişamla gəldisə, daimi olanın ehtişamı daha da böyükdür. 12Belə bir ümidə sahib olduğumuz üçün böyük cəsarətlə danışa bilərik.13İsrail övladları onun üzündəki ötəri ehtişamın keçib-getməsinə baxmasın deyə üzünə niqab çəkən Musa kimi deyilik.14İsrail övladları fikirlərində inadkar oldu. Bu günə qədər Köhnə Əhd oxunarkən onları eyni niqab qapayır, açılmır, çünki bu yalnız Məsih vasitəsilə götürülür.15Hətta bu günə qədər Musanın Yazıları nə vaxt oxunursa, onların ürəklərini bir niqab qapayır.16Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldırılır.17Rəbb Ruhdur, Rəbbin Ruhu haradadırsa, azadlıq da oradadır.18Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.