Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 23

1Rəbb mənim çobanımdır, möhtac olmaram.2O məni yaşıl çəmənlərdə dincəldir,Sakit axan sular kənarında gəzdirir.3Məni yenə də canlandırır,İsmi şərəfinə salehlik yolları ilə aparır.4Ölüm kölgəsinin dərəsində gəzsəm belə,Şərdən qorxmaram, çünki Sən mənimləsən,Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.5Düşmənlərimin qarşısındaMənim üçün süfrə açırsan,Başıma ətirli yağ çəkirsən,Ağzınadək camımı doldurursan.6Bəli, bütün həyatım boyuYaxşılıq, məhəbbət məni izləyir.Bütün ömrüm boyuRəbbin evində yaşayacağam!