Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 24

1Rəbbindir yer üzü və orada mövcud olanlar,Dünya və orada yaşayanlar.2O, yerin təməlini dənizlər üstündə qurdu,Dünyanı sular üzərində yaratdı.3Rəbbin dağına kim çıxa bilər?Müqəddəs məskəninə kim girə bilər?4– Əlləri pak, qəlbi təmiz,Hiyləyə könül verməyən,Yalandan and içməyən insan.5O, Rəbdən bərəkət alacaq,Xilaskarı Allahdan salehlik alacaq.6Belə adam Rəbbi soraqlayar,Yaqubun Allahının üzünü axtarar.Sela7Ey darvazalar, başlarınızı qaldırın,Ey qədim qapılar, açılın,Əzəmətli Padşah içəri daxil olsun!8Bu əzəmətli Padşah kimdir?– Odur, güclü-qüdrətli Rəbb,Döyüşdə qüvvətli Rəbb.9Ey darvazalar, başlarınızı qaldırın,Ey qədim qapılar, açılın,Əzəmətli Padşah içəri daxil olsun!10Bu əzəmətli Padşah kimdir?– Ordular Rəbbi,Odur əzəmətli Padşah!Sela