Flash Needs to be Turned On
1Ey Allahım, məni düşmənlərimdən qurtar,Əleyhdarlarımın əlindən hifz et.2Məni şər iş görənlərdən xilas et,Məni qaniçənlərdən azad et.3Canımı almaq üçün məni güdürlər,Güclülər əleyhimə birləşiblər.Ya Rəbb, üsyankar, günahkar,4Təqsirkar olmadığım haldaOnlar mənə qarşı qəti tədbir görürlər.Bir oyan, halımı gör, yardım et,5Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı!Bütün millətlərə cəza vermək üçün oyan,Xəyanətkar pislərin heç birinə rəhm etmə.Sela6Bu pis adamlar axşamüstü qayıdırlar,Köpək kimi mırıldayırlar,Şəhərdə sülənib-dolaşırlar.7Gör dodaqlarından nələr tökülür,Ağızlarından qılınclar çıxır.Onlar zənn edirlər ki, eşidən yoxdur.8Lakin, ya Rəbb, Sən onlara gülürsən,Bütün millətlərə rişxənd edirsən.9Ey mənə qüvvət verən,Səni gözləyirəm!Ey Allahım, qalamsan,10Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan,Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.11Ey Xudavənd, Sənsən sipərimiz!Xalqımın yadında qalsın deyəDüşmənləri qırma, lakin gücünləOnları dağıdaraq məğlub et.12Günahkar dillərinə görə,Ağızlarının sözlərinə görəTəkəbbürlülərin tələsinə özləri düşsünlər.Yağdırdıqları lənətlərə görə,Dedikləri yalanlara görə13Onları qəzəbinlə məhv et,Məhv et, qoy bir nişanə qalmasın.Qoy insanlar bilsinlər:Allah səltənət sürürYaqub nəslinin üzərində,Ta ucqarlara qədər yer üzərində.Sela14Bu pis adamlar axşamüstü qayıdırlar,Köpək kimi mırıldayırlar,Şəhərdə sülənib-dolaşırlar.15Avara-avara gəzib yem axtarırlar,Doyunca tapmasalar, gecə boyu ulayırlar.16Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm,Sübh tezdən məhəbbətini mədh edəcəyəm.Çünki Sən mənə qala olmusan,Dar günümdə mənim pənahımsan.17Ey mənə qüvvət verən,Səni tərənnüm edəcəyəm!Ey Allahım, qalamsan,Mənə məhəbbətini göstərirsən!