Flash Needs to be Turned On
1Ey Allah, Sən bizi atmısan,Müdafiə qüvvələrimizi dağıtmısan.Bizə qəzəblənmisən,Bizi əvvəlki halımıza qaytar.2Yeri lərzəyə salmısan,Torpağını dağıtmısan.Yarıqlarını yenə bitişdir,Çünki yer sarsılıb.3Öz xalqını çətinliyə salmısan,Şərab içirərək bizi səndələtmisən.4Səndən qorxanlara isə bayraq vermisən,Qoy onu həqiqət naminə qaldırsınlar.Sela5Sevdiyin insanların xilas olması üçünSağ əlinlə bizi qurtar, mənə cavab ver!6Allah Öz müqəddəs məskənindən belə söylədi:«Şekemi sevinclə bölüşdürəcəyəm,Sukkot dərəsini böləcəyəm.7Gilead torpağı Mənimdir,Menaşşe torpağı da Mənimdir,Efrayim başımın dəbilqəsidir,Yəhuda Mənim əsamdır.8Moav yuyunmaq üçün ləyənimdir,Çarığımı ataraq Edomu tutacağam,Zəfər harayını Filiştə salacağam».9Kim məni istehkamlı şəhərə apara bilər?Kim mənə Edoma qədər yol göstərər?10Ay Allah, Sən niyə bizi atmısan?Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?11Bizə düşmənin qarşısında imdad et,Çünki insanın köməyi puçdur.12Allahın köməyi ilə igidlik edəcəyik,O, düşmənlərimizi tapdalayacaq!