Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 74

1Ey Allah, niyə bizi əbədilik tərk etmisən?Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?2Yada sal keçmişdə satın aldığın icmanı,Özünə xalq etmək üçün azad etdiyin tayfanı,Həm də məskənin olan Sion dağını.3Əbədi viranələrə doğru get,Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.4Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər,Bu yerə zəfər bayraqlarını keçirtdilər.5Sıx meşəni budamaq üçünBalta qaldıran adamlara bənzəyirlər.6Müqəddəs yerin bütün oyma işləriniBaltalar və çəkiclərlə qırıb tökdülər.7Sənin Müqəddəs məkanına od vurdular,Adının sakin olduğu yeri uçurub murdarladılar.8«Bu xalqı biz birgə əzməliyik» deyə düşünərəkÖlkədəki bütün səcdəgahları yandırdılar.9Heç bir rəmzimiz görünmür,Daha peyğəmbərimiz yoxdur.Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.10Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək?Yağı əbədilikmi Sənə küfr edəcək?11Axı nə üçün əlini geri çəkirsən?Çıxart qoynundan sağ əlini, onları məhv et.12Ey Allah, əzəldən Padşahımsan,Yer üzünə qurtuluşlar verirsən.13Sən dənizi Öz qüdrətinlə böldün,Dəniz əjdahalarının başlarını əzdin.14Sən Livyatanın başlarını əzdin,Onu çöl heyvanlarına yem etdin.15Sən bulaqlar açıb sellər axıtdın,Həmişəaxar çayları isə qurutdun.16Gündüz də Sənindir, gecə də Sənin,Ayı və günəşi Sən yaratmısan.17Sən quru yerin bütün sərhədlərini qoydun,Həm yayı, həm qışı yaratdın.18Ya Rəbb, unutma, düşmən Səni söyür,Sənin adına axmaq bir xalq küfr edir.19Öz qumrunun canını yırtıcılara vermə,Məzlumlarının həyatını əsla unutma.20Özün bizimlə bağladığın əhdə bax!Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.21Qoyma əzabkeş yenə də rüsvay olsun,Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.22Qalx, ey Allah, mübarizəni apar,Unutma ki, axmaqlar həmişə Səni söyür.23Düşmənlərinin səsini,Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.