Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 75

1Ey Allah, biz Sənə şükür edirik,Bizə doğma olan isminə şükür olsun,Xariqələrin bunu bəyan edir!2Allah deyir: «Müəyyən etdiyim zamanMən insafla hakimlik edəcəyəm.3Yer və üzərindəkilər lərzəyə gələrkənOnu saxlayıb sütunlarından tutan Mənəm.Sela4Məğrurlara dedim: “Daha məğrurluq etməyin”,Pislərə dedim: “Gücünüzü göstərməyin,5Buynuz çıxartmayın,Dikbaş-dikbaş danışmayın”».6İnsanı yüksəltməkNə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.7Hökm verən Allah isəHəm alçaldır, həm yüksəldir.8Rəbb əlində bir cam tutub,Onu ədviyyatlı, köpüklənən şərabla doldurub.Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq,Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.9Mənsə daim bunu elan edəcəyəm,Yaqubun Allahına tərənnüm oxuyacağam.10Pis adamların buynuzları qırılacaq,Amma salehlərin qüvvəti artacaq.