Oxuyun

Flash Needs to be Turned On

Zəbur fəsil 76

1Allah Yəhudada şöhrətlidir,İsraildə Onun adı böyükdür.2Çardağı Salemdədir,Məskəni Siondadır.3Allah orada alovlu oxları,Qalxan-qılıncı və bütün silahları qırdı.Sela4Ey Allah, şərəfli Sənsən,Ulu dağlardan da əzəmətlisən!5Cəsur ürəklilər talan oldu,Ölüm yuxusuna daldı,Bütün cəngavərlərin əlləri sustaldı.6Ey Yaqubun Allahı, Sənin məzəmmətindənArabaçılar və atlar uyumuş qaldı.7Sən zəhmlisən, Sən!Qəzəblənəndə qarşında kim dura bilər?8Öz hökmünü göylərdən elan etdin,Yer vahimələndi və səsini kəsdi.9Onda, ey Allah, hökm çıxarmaq üçün,Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın.Sela10Qəzəbli insanlar belə, Sənə şükür edir,Qəzəbdən qurtulanları Özünə bağlayırsan.11Allahınız Rəbbə əhd edin və yerinə yetirin,Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.12O, hökmdarların nəfəsini kəsər,Dünya padşahlarını vahimələndirər.