Flash Needs to be Turned On
1Ey Allah, millətlər Sənin mülkünə giriblər,Müqəddəs məbədini murdar ediblər,Yerusəlimi viranəliyə çeviriblər.2Qullarının cəsədini göydəki quşlara yem ediblər,Möminlərinin ətini yerdəki heyvanlara veriblər.3Yerusəlimin hər tərəfində onların qanı axıdılıb,Onları dəfn edən yoxdur.4Qonşularımızın tənə hədəfinə döndük,Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.5Ya Rəbb, nə vaxtacan,Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən,Qısqanclıqdan od tutub yanacaqsan?6Səni tanımayan millətlərin,İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.7Çünki onlar Yaqub nəslinin başını yeyiblər,Yurd-yuvasını viranəyə çeviriblər.8Ata-babalarımızın günahını boynumuza qoyma,Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.9Ey bizi qurtaran Allah,İsmin şərəfinə Sən bizə yardım et,Günahlarımızı kəffarə edərəkİsmin naminə Sən bizi xilas et.10Niyə millətlər «Hanı onların Allahı?» desinlər?Qullarının tökülən qan qisasının alınmasınıQoy gözümüz görsün, millətlər də bilsinlər.11Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın,Ölümə aparılanları böyük qüdrətinlə qoru.12Ey Xudavənd, Sənə tənə vuran bizim qonşularınTənələrini yeddi qat artıq kökslərinə qaytar.13Biz Sənin xalqın, otlağının sürüsüyük,Əbədilik Sənə şükür edərik,Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!