Flash Needs to be Turned On
1Ey İsrailin Çobanı,Yusif nəslinə sürü kimi Baxan, qulaq as!Ey keruvlar üstündə Oturan, nurunu saç!2Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündəQoy qüvvətin oyansın, gəl, bizi qurtar!3Ey Allah, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!4Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacanXalqının duasından qəzəblənəcəksən?5Onlara çörək yerinə göz yaşı yedirdin,Onlara bolluca göz yaşı içirdin.6Qonşularımızla bizi çəkişməyə vadar etdin,Düşmən bizi ələ salıb gülür.7Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!8Misirdən tənək fidanı gətirərəkQovduğun millətlərin torpağında əkdin.9Bunun üçün sahə hazırlamışdın,Tənək rişələnib ölkəni bürüdü.10Budaqları dağlara,Böyük sidr ağaclarına kölgə saldı.11Dənizə qədər qol-budaq atdı,Zoğ atıb Fərat çayına çatdı.12Bəs niyə ətrafdakı hasarını uçurdun?Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,13Tənəyi meşənin qabanları korlayır,Onu çöl heyvanları çeynəyir.14Ey Ordular Allahı, dön, göydən bax,Bu tənəyi gör, qayğısına qal.15Axı bu fidanı sağ əlinlə əkmisən,Kökünə qüvvət vermisən.16Tənəyini kəsib yandıranlarQəzəbli məzəmmətinlə qoy yox olsunlar!17Sənin əlin, sağ əlin Öz seçdiyin adamı –Qüvvət verdiyin bəşər oğlunu qorusun.18Qoy Səndən dönüb ayrılmayaq,Bizi elə yaşat ki, ismini çağıraq.19Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!