Oxuyun

Flash Needs to be Turned On

Vaiz fəsil 11

1Çörəyini suların üzünə burax,Çünki uzun müddət sonra yenə onu taparsan.2Yeddi ya səkkiz adama pay ver,Çünki bilmirsən ki,Ölkədə necə bir pis gün olacaq.3Əgər buludlar su ilə dolu olsa,Yağışlarını yer üzünə səpər.Əgər bir ağac cənub ya şimalSəmtinə yıxılsa,Elə yıxıldığı yerdə də qalar.4Küləyə baxan toxum səpməz,Buludlara baxan əkdiyini biçməz.5Küləyin səmtini,Hamilə qadının qarnındaSümüklərin necə böyüdüyünü bilmədiyin kimiHər şeyi yaradanAllahın işlərindən də xəbərsizsən.6Toxumunu səhər vaxtı səp,Axşama qədər də əlin boş durmasın.Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaqYoxsa sonrakıYaxud hər ikisi birlikdə.7Həqiqətən, işıq gözəldir,Günəşi görmək gözlərə xoşdur.8Əgər insan uzun ömür sürürsə,Qoy sevinclə yaşasın.Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın,Çünki onlar daha çox olacaq.Baş verəcək hər şey puçdur.9Ey gənc, cavanlığında sevin,Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin.Ürəyinin istədiyi ilə,Gözlərinin gördüyü ilə get.Ancaq bil ki, AllahBunların hamısına görəSəni mühakimə edəcək.10Buna görə də təşvişi ürəyindən qov,Əzabı bədənindən uzaqlaşdır.Çünki cavanlıq da,Cavanlıqdakı güc də puçdur.