Oxuyun

Flash Needs to be Turned On

Vaiz fəsil 5

1 Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya girmək yaxşı və pisin nə olduğunu bilməyən səfeh adamların qurban təqdim etməsindən yaxşıdır.2Dilin tələsməsin,Allahın hüzurunda söz deməyəÜrəyin tələsməsin.Çünki Allah göydədir, sən yerdə.Buna görə də az danış.3Necə ki iş çox olanda adam yuxu görər,Söz də çox olanda səfeh danışığa çevrilər. 4Allaha əhd edəndə onu yerinə yetirməkdə yubanma, çünki ağılsızlar Onun xoşuna gəlməz. Öz əhdini yerinə yetir.5Əhd etməmək əhd edib onu yerinə yetirməməkdən yaxşıdır.6Qoyma sözlərin səni günaha batırsın. Allahın elçisinə demə ki, bu, kiçik səhv idi. Nə üçün Allah sənin sözünə qəzəblənsin və əlinin zəhmətini yox etsin?7Çünki çox yuxu görəndə də, çox söz danışanda da puç şeylər çox olar. Sən ancaq Allahdan qorx. 8Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var.9Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.10Pul sevən puldan doymaz,Var-dövlət sevən də qazancdan.Bu da puçdur.11Var-dövlət çoxaldıqcaOnu yeyənlər də çoxalır.Gözləri ilə görməkdən savayıSahibinə ondan nə fayda var?12Fəhlə az da yesə, çox da yesə,Yuxusu şirindir.Amma varlı adamın dövləti qoymaz ki,O, rahat yatsın.13Səma altında gördüyümBaşqa böyük dərd də var:Yığdığı sərvət sahibinə zərər gətirir,14Bu sərvəti bədbəxt hadisələr yox edir,Sərvət sahibinin oğlu doğulandaOna verməyə bir şeyi qalmır.15Necə ki o, anasının bətnindən çılpaq doğulub, Eləcə də bu dünyadan gedir.Zəhmətinin bəhrəsindənHeç nəyi əlinə götürübÖzü ilə apara bilmir.16Bu da böyük bir dərddir:İnsan dünyaya necə gəlirsə,Elə də gedir.Boş yerə çəkdiyi zəhmətinOna nə faydası var?17Ömrü boyu öz çörəyiniQaranlıq, böyük sıxıntı, xəstəlik vəQəzəb içində yeyir. 18İnsan üçün mənim gördüyüm yaxşı və gözəl olan budur ki, o yeyib-içsin və Allahın ona verdiyi bir neçə günlük ömründə səma altında çəkdiyi bütün zəhmətlərindən zövq alsın, çünki ona düşən bəxşiş budur.19Həmçinin Allah hər kəsə var-dövlət bəxş edərək qüvvət verib ki, ondan yesin, payını götürsün və zəhmətindən zövq alsın. Bu, Allahın hədiyyəsidir.20Çünki Allah insanın başını şənliklə qatdığı üçün insan ömrünün günlərini dərindən düşünmür.