Oxuyun

Flash Needs to be Turned On

Yeşaya fəsil 18

1Kuş çaylarının o tərəfində yerləşən,Qanad vızıltıları eşidilən ölkənin vay halına!2Dəniz yolu ilə, qamış qayıqları iləBu ölkə elçilər göndərir!Ey sürətli qasidlər, yola düşün!Çaylarla bölünmüş ölkəyə,Ucaboylu, parlaq dərili millətin,Hər yanda qorxu doğuran xalqın,Güclü və işğalçı millətin yanına gedin!3Ey bütün yer üzündə yaşayanlar!Ey dünya sakinləri!Dağların zirvəsinə bayraq dikələndə baxın!Şeypur çalınanda eşidin!4Çünki Rəbb mənə belə deyir:«Günəş şüalarından yaranan qızmarlıq kimi,Biçin vaxtının istisində şeh buludu kimiSakitcə məskənimdən baxacağam».5Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəlÜzümlər qora bağlayandaO, bağ qayçıları ilə pöhrələri kəsəcək,Şaxələnmiş budaqları qırıb atacaq.6Hamısı dağın yırtıcı quşlarına,Yerin vəhşi heyvanlarının qarşısına atılacaq.Yayda yırtıcı quşlara,Qışda bütün vəhşi heyvanlara yem olacaq.7O vaxt çaylarla bölünmüş ölkəUcaboylu, parlaq dərili xalq,Hər yanda qorxu doğuran xalqGüclü və işğalçı millətOrdular Rəbbinə,Ordular Rəbbinin adını qoyduğu yerə –Sion dağına xərac gətirəcək.