Oxuyun

Flash Needs to be Turned On

Yeşaya fəsil 27

1O gün Rəbb Livyatana, qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilanaAmansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək,Dənizdəki əjdahanı öldürəcək.2O gün Rəbb deyəcək:«Xoşladığım bağ üçün nəğmələr oxuyun!3Mən Rəbb, bağı qoruyuram,Tez-tez sulayıram,Gecə-gündüz keşiyində dururam ki,Heç kəs ona zərər verməsin.4Mən qəzəblənmirəm,Kaş qarşıma tikan və qanqal çıxaydı,Onda onlara qarşı çıxıb döyüşərdim,Hamısını odda yandırardım.5Yaxud qoy Mənə pənah gətirsinlər,Mənimlə barışsınlar,Bəli, qoy Mənimlə barışsınlar».6Yaqub nəsli gələcəkdə kök salacaq,İsrail şaxələnəcək, çiçəklənəcək,Yer üzünü bəhrələri ilə dolduracaq.7Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu?Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü?8Rəbb Öz xalqına hökm etdi,Qovub sürgünə göndərdi.Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu.9Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq,Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq:Bütpərəst qurbangahların daşlarıTabaşir kimi ovulacaq,İlahə Aşeranın rəmzi olan sütunlarYa da buxur qurbangahlarıBir daha dikəlməyəcək.10İstehkamlı şəhər tənha, kimsəsiz yurd,Səhra kimi boş qaldı.Orada dana otlayıb yatacaq,Budaqları yeyib-qurtaracaq.11Şaxələri quruyanda qoparılacaq,Qadınlar gəlib onları yandıracaq.Bu xalq ağılsız olduğuna görəYaradan onlara rəhm etməyəcək,Xaliq onlara qarşı xeyirxah olmayacaq.12O gün Rəbb Fərat çayındanMisir vadisinə qədərÖz bəhrələrini yığacaq.Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları!13O gün böyük şeypur çalınacaq,Aşşur torpağında itkin düşənlərləMisirə sürgün edilənlər gəlibYerusəlimdə Müqəddəs dağdaRəbbə səcdə edəcək.