Oxuyun

Flash Needs to be Turned On

Yeşaya fəsil 5

1Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram: Torpağın məhsuldar bir təpəsindəSevgilimin bir üzüm bağı var idi.2O, torpağı belləyib daşlardan təmizlədi,Seçmə meynələr əkdi,Ortada gözətçi qülləsi tikdi,Üzümsıxan düzəltdi,Üzümlüyün barını gözlədi,Amma bağ cır üzüm gətirdi.3«İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar,Ey Yəhuda adamları,Mənimlə üzüm bağımın arasında hakim olun!4Bağım üçün daha nə etməliyəm?Üzümlüyün barını gözləyərkənAxı nə üçün bağım cır üzüm gətirsin?5İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim:Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar,Hasarını yıxacağam və onlar tapdalanacaq.6Oranı viranəliyə çevirəcəyəm,Oranı nə budayacaqlar, nə də belləyəcəklər.Orada tikan və qanqal bitəcək,Buludlara əmr edəcəyəm ki,Üzərinə yağış yağmasın».7İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır,Yəhuda adamları isə Onun sevimli meynələridir!O, ədalət gözləyirdi,Budur, zorakılıq gördü,O, salehlik gözləyirdi,Budur, fəryadlar gördü!8Yer qalmayana qədər evi evə,Tarlanı tarlaya birləşdirənlərin vay halına!Yaşamağa yer qoymamısınız,Məgər bu ölkədə tək siz yaşayırsınız?9Ordular Rəbbi mənə belə eşitdirdi:«Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq,İçində yaşayan olmayacaq.10Üzümlüyün on sahəsindən bir bat şərab əldə ediləcək, Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».11Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin,Gecə yarısınadək şərab içib keflənənlərin!12Onların ziyafətlərindəLira, çəng, dəf və ney çalınar,Şərab içilər,Lakin onlar Rəbbin gördüyü işlərəDiqqət etməzlər, əməllərinə baxmazlar!13Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək,Onun adlı-sanlı adamları acından öləcək,Adi adamlar isə susuzluqdan yanacaq!14Ölülər diyarı həddindən artıq ağzını açıbDoymaq bilmir.Yerusəlimin adlı-sanlıları,Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək.15Buna görə də hamı yerə səriləcək,Hər kəs diz üstə çökdürüləcək,Təkəbbürlü baxışlar alçaldılacaq.16Amma Ordular RəbbiƏdaləti ilə ucaldılacaq,Müqəddəs Allah salehliyi iləMüqəddəsliyini göstərəcək.17Quzular öz otlaqlarındakı kimi otlayacaq,Varlıların viranə qalan evlərini yadellilər alacaq.18Pisliyi yalanla hörülmüş iplərlə,Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!19Onlar deyir: «Qoy Allah tələssin,Öz əməlini tez həyata keçirsin, biz də görək.Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»20Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin,Qaranlığı işıq, işığı qaranlıq sayanların,Acıya şirin, şirinə acı deyənlərin!21Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların!22Vay halına şərab içməkdə qəhrəman,İçkiləri qarışdırıb içməkdə pərgar olanların!23Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların,Haqlıların haqqını əlindən alanların!24Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa,Küləş od içində necə əriyib-gedirsə,Onlar da köklərindən elə çürüyəcək,Tumurcuqları toz kimi havaya sovrulacaq,Çünki Ordular Rəbbinin qanununu rədd etdilər,İsrailin Müqəddəsinin sözünə xor baxdılar.25Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı,Əlini onlara qarşı uzadaraq onları vurdu.Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı,Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.26Rəbb uzaqda yaşayan millətləriBayraq işarəsi ilə,Onları yer üzünün ucqarlarındanFit səsi ilə səsləyəcək.Tezliklə bu millətlər gələcək.27Aralarında yorulan, büdrəyən olmayacaq.Onlar mürgüləməyəcək və yuxuya getməyəcək,Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq.28Onların oxları iti, yayları da dartılmışdır.Atların dırnaqları çaxmaq daşına bənzər,Döyüş arabalarının təkərləri qasırğa kimidir.29Onların nərəsi bağıran şikarlarını qapıb aparan,Kimsə onu əlindən ala bilməyənŞirin, gənc aslanın nərəsinə bənzər.30O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar.Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək.Axı işıq qara buludlarla örtülüb.