Flash Needs to be Turned On
1
Mənə Rəbbin bu sözü nazil oldu:2«Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub3ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir: “Ey Sur, sən dedin:‹Mən gözəllikdə qüsursuzam›.4Sərhədlərin dənizin qoynunda idi.Səni tikənlər gözəlliyini kamil etdi.5Bütün taxtalarınıSenirin şam ağaclarından düzəltdilər.Sənə dor qayırmaq üçünLivandan sidr ağacları gətirdilər.6Avarlarını Başanın palıd ağaclarından qayırdılar,Göyərtəni fil sümüyü ilə bəzənən,Kittim sahillərindən gətirilənŞam ağaclarından düzəltdilər.7Sənin yelkənin, bayrağınMisirin naxışlı kətanından oldu.Talvarın Elişa sahillərininBənövşəyi və tünd qırmızı parçalarından idi.8Sidonda və Ervadda yaşayanlarSənin avar çəkənlərin idi.Ey Sur, səndə bacarıqlı adamlar var idi,Gəmiçilərin onlardan idi.9Gəmilərindəki yarıqları təmir edənlərGevalın təcrübəli və bacarıqlı adamları idi.Dənizdəki bütün gəmilər və dənizçilərMallarını dəyişmək üçünSənin yanına gəldi.10Fars, Lud və Put əsgərləriOrdunda xidmət edirdi.Qalxanlarını, dəbilqələriniDivarlarından asdılar,Sənə əzəmət verdilər.11Ervaddan və Xelekdən gələnlərHər tərəfdən divarlarını qorudu.Qammadlılar qüllələrində gözətçi oldu.Qalxanlarını divarlarından asdı,Gözəlliyini kamil etdi.12Səndə hər cür mal bol olduğu üçünTarşiş səninlə ticarət etdi,Mallarının əvəzinə sənəGümüş, dəmir, qalay və qurğuşun verdilər.13Yavan, Tuval və Meşek səninlə ticarət etdi,Mallarının əvəzinə sənəQullar və tunc qablar verdilər.14Bet-Toqarma xalqıMallarının əvəzinə sənəAt, döyüş atı və qatır verdi.15Dedan xalqı səninlə ticarət etdi,Çoxlu sahil xalqı sənin müştərin idi,Səndən aldıqları malın əvəzinəFil sümüyü və abnos ağacı verdilər.16Sənin məmulatın çox olduğu üçünAram səninlə ticarət etdi,Mallarının əvəzində sənəFiruzə, tünd qırmızı qumaş, naxışlı paltarlar,İncə kətan, mərcan və yaqut verdilər.17Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi,Mallarının əvəzinə sənəMinnit buğdası, darı, bal,Zeytun yağı və balzam verdilər.18Sənin məmulatın çox olduğu üçün,Səndə hər cür mal bol olduğuna görəDəməşq səninlə ticarət etdi,Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.19Vadan və Uzaldan gələnYavan səninlə ticarət etdi.Sənə gətirilən mallar arasındaİşlənmiş dəmir, darçın və ətirli qamış var idi.20Dedan xalqı səninlə ticarət edibSənə yəhər üçün qumaş verdi.21Ərəbistan və bütün Qedar rəhbərləriSənin müştərilərin idi,Quzu, qoç və təkə iləSəninlə ticarət etdilər.22Səba və Raama tacirləriSəninlə ticarət etdi.Mallarının əvəzinə sənəHər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.23Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və KilmadSəninlə ticarət etdi,24Onlar bazarlarındaGözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar,Sıx toxunmuş, iplərlə bağlanmışRəngli xalçalarlaSəninlə ticarət etdi.25Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun.26Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı,Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.27Gəmin qəzaya uğradığı günVar-dövlətin, malların, ticarət şeylərin,Gəmiçilərin, sükançıların,Təmirçilərin, ticarət şəriklərin,Döyüşçülərin – içində olan bütün camaatDənizin dərinliklərinə batacaq.28Sükançıların fəryadındanDənizin sahilləri titrəyəcək.29Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək,Gəmiçilərlə sükançıların hamısıGəmilərindən düşüb quruda dayanacaq.30Uca səslə sənin üçünAcı-acı fəryad edəcəklər.Başlarına torpaq səpələyəcəklər,Küldə eşələnəcəklər.31Sənin üçün saçlarını ülgüclə qırxacaqlar,Çula bürünəcəklər.Sənin üçün acı-acı ağlayıbYas tutacaqlar.32Yaslarında sənin üçün mərsiyə oxuyubBelə deyəcəklər:‹Dənizin ortasındaSur şəhəri kimi susdurulanBir şəhər varmı görəsən?›33Malların dənizin o tayına çatandaÇoxlu xalqı doydururdun.Böyük var-dövlətinlə, malınlaDünya padşahlarını sərvət sahibi edirdin.34İndi isə dənizdə, suların dərinliyindəXarabalığa çevrildiyin zamanMal-dövlətin və bütün camaatınSəninlə birlikdə batdı.35Sahillərdə yaşayanların hamısıBaşına gələnlərdən heyrətə düşdü.Onların padşahlarının tükləri biz-biz oldu,Bənizləri soldu.36Millətlərin arasındakı tacirlərSənə görə fit çalacaq.Aqibətin dəhşətli oldu,Sən əbədi olaraq yox olacaqsan”».