Flash Needs to be Turned On
1
Mənə Rəbbin bu sözü nazil oldu:2«Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham,Dənizlərin qoynunda,Allahın taxtında otururam›.Ürəyində özünü Allah sandın,Ancaq sən Allah deyil, insansan.3Bax sən Danieldən daha müdriksən,Heç kəs öz sirrini səndən gizlədə bilməz.4Müdrikliyin və ağlınla özünə sərvət yığdın,Xəzinələrinə qızıl-gümüş topladın.5Ticarətdə çox bacarıqlı olduğun üçünÖz sərvətini artırdın.Var-dövlətin çoxalandaÖzünə qürrələndin”.6Buna görə də Xudavənd Rəbb belə deyir:“İndi ki ürəyində özünü Allah sandın,7Mən də yadelliləri, ən rəhmsiz millətləriÜstünə göndərəcəyəm.Onlar sənin müdrikliyinin gözəlliyinəQılınc çəkibƏzəmətini murdarlayacaq.8Səni məzara endirəcəklər.Sən dənizlərin qoynundaDəhşətli bir ölümlə məhv olacaqsan.9Səni öldürənlərə də‹Mən Allaham› deyəcəksənmi?Səni öldürənlərin əlindəSən Allah deyil, insansan.10Yadellilərin əlindəSünnətsizlərin ölümü ilə öləcəksən”.Çünki Mən bunu söylədim,Xudavənd Rəbb belə bəyan edir». 11Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:12“Sən kamilliyin möhürüsən,Müdrikliyin bütöv,Gözəlliyin qüsursuz idi.13Sən Allahın bağçası olan Eden bağında idin.Cürbəcür qiymətli daşlarla –Yaqut, topaz, almaz,Sarı yaqut, damarlı əqiq, yəşəm daşı,Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin.Qaxma və oyma işlərin qızıldan idi.Bunlar yaradıldığın gün hazırlanmışdı.14Sən məsh edilmiş, qoruyucu bir keruv idin.Səni bunun üçün qoymuşdum.Allahın müqəddəs dağının üstündə idin,Odlu daşlar arasında gəzirdin.15Yaradıldığın gündənSəndə pislik tapılana qədərYollarında qüsursuz idin.16Bol ticarətindən ötrüİçin zorakılıqla doldu,Sən günah etdin.Buna görə də səni murdar bir şey kimiAllahın dağından atdım,Odlu daşların arasından qovdum,Ey qoruyucu keruv!17Gözəl olduğun üçün ürəyin qürurlandı,Əzəmətinə görə müdrikliyini korladın.Beləcə səni yerə atdım,Padşahların önündə tamaşaya çevirdim.18Çoxlu təqsir etdiyin üçün,Ticarətdə əliəyriliyinə görəMüqəddəs məkanlarını murdarladın.Mən içindən bir od çıxardım ki,Səni yandırıb məhv etsin.Bütün seyr edənlərin gözü önündəSəni torpaq üstündə külə çevirdim.19Xalqlar arasında səni tanıyanlarFəlakətinə heyrət etdi.Aqibətin dəhşətli oldu,Artıq salamat qalmayacaqsan”». 20Mənə Rəbbin bu sözü nazil oldu:21«Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki,22Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən sənin əleyhinəyəm,Sənin içində izzət qazanacağam.Mən sakinlərini cəzalandırıbOnların arasında müqəddəs tutulandaBiləcəklər ki, Rəbb Mənəm.23Əhalinin içinə vəba,Küçələrinə qan göndərəcəyəm.Hər tərəfdən onların üstünə gələn qılınclaVurulub həlak olacaqlar.Onda biləcəklər ki, Rəbb Mənəm. 24İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”. 25Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq.26Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».