Oxuyun

Flash Needs to be Turned On

Huşə fəsil 10

1İsrail bir qollu-budaqlı meynədir ki,Bol-bol bar gətirir.Ancaq barı artdıqcaQurbangahları da artırdı.Torpağı bərəkətli olduqcaDaha gözəl olan müqəddəs daşları da düzəltdi.2Onların ürəkləri yalanla doldu,Günahlarına görə də cəzalanacaqlar.Rəbb onların qurbangahlarını dağıdacaq,Müqəddəs daşlarını sındıracaq.3Onda onlar deyəcək:«Bizim padşahımız yoxdur,Çünki biz Rəbdən qorxmadıq.Padşahımız olsa da,Bizə nə edəcəkdi?»4Əhd bağlayanda boş vədlər verir,Yalandan and içirlər.Buna görə də məhkəmə işləriŞumlanmış tarladakı zəhərli ot kimi böyüyür.5Samariya sakinləriBet-Avendəki dana bütlərinə görəQorxuya düşəcək.Onun üçün xalqı yas tutacaq.Onun calalı ilə coşan kahinləriSürgünə aparıldığı üçün ağlayacaq.6Büt özü Aşşura – böyük padşahaHədiyyə aparılacaq.Efrayim biabır olacaq,İsrail aldığı məsləhətdən utanacaq.7Samariya və onun padşahıSu üstündəki çubuq kimiAxıb-gedəcək.8İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, Onun qurbangahlarındaTikan və qanqal bitəcək.O zaman dağlara «Bizi örtün!»,Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.9«İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi.Orada öz işlərini davam etdirdilər.Şər adamlara qarşı müharibəOnları Giveada yaxalamazmı?10Mən istədiyim zamanOnları cəzalandıracağam.Xalqlar onlara qarşı birləşib,İkiqat cinayətlərindən ötrüOnları əsir edəcək.11Efrayim əhliləşmiş,Taxıl döyməyi sevən düyəyə bənzər.Mən onun incə boynunu əsirgədim.İndi isə Efrayimi sürdürəcəyəm.Yəhuda yer şumlasın,Yaqub isə dırmıq çəksin.12Özünüz üçün salehlik əkin, Məhəbbət bəhərini biçərsiniz.Dincə qoyulmuş torpağınızı şumlayın,Çünki Rəbbi axtarmaq vaxtıdır.Nəhayət, O gəlib üstünüzəSalehliyin nemətlərini yağdıracaq.13Amma siz pislik əkib,Qəbahət biçdiniz.Yalanın bəhərini yediniz.Çünki öz üsulunuza,Çoxlu cəngavərlərinizə güvəndiniz.14Xalqınızın içində müharibə gurultusu qopacaq,Bütün qalalarınız dağılacaq,Necə ki Şalman müharibə günündəBet-Arbeli dağıtdı,Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.15Ey Bet-El, pisliyinin çoxluğu üzündənSəninlə də belə rəftar ediləcək.Dan ağaranda İsrail padşahı həlak olacaq.