Flash Needs to be Turned On
1İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.2Peyğəmbərlər İsraili çağırdıqcaİsrail onlardan uzaqlaşdı.Baal bütlərinə qurban kəsdilər,Oyma bütlərə buxur yandırdılar.3Efrayimə gəzməyi Mən öyrətdim,Onları qollarım üstünə aldım.Ancaq bilmədilər ki,Onlara Mən şəfa verdim.4Onları insani tellərlə,Sevgi bağları ilə Özümə çəkdim.Onlar üçün çənələrindən boyunduruğu qaldıranBir kəs oldum,Əyilib onlara yemək verdim.5Məgər Misirə qayıtmayacaqlar?Aşşur onlara padşah olmayacaq?Çünki onlar Mənə üz tutmaq istəmədilər.6Şəhərlərinin içində qılınc fırlanacaq,Onların qapı sürgülərini qıracaq.Fitnələri üzündən onları yeyib-qurtaracaq.7Xalqım Məndən üz döndərməyi qərara alıb.Haqq-Taalanı çağırsalar da,Onları heç vaxt ucaltmayacaq.8Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim?Admaya etdiyimi sənə necə edim?Səni necə Sevoyim kimi edim?Köksümdə ürəyim alt-üst oldu,Mərhəmət hisslərim alovlandı.9Mən qızğın qəzəbimlə rəftar etmərəm,Efrayimi artıq məhv etmərəm.Çünki Mən Allaham, insan deyiləm,Aranızda Müqəddəs Olanam.Qəzəblə üzərinizə gəlmərəm.10Onlar aslan kimi nərə çəkənRəbbin arxasınca gedəcək.O nərə çəkəndəÖvladları qərbdən titrəyərək gələcək.11Misirdən quşlar kimi,Aşşur ölkəsindən göyərçinlər kimiTitrəyərək gələcəklər.Onları evlərində sakin edəcəyəm»Rəbb belə bəyan edir.12Efrayim yalanla, İsrail nəsli hiylə iləƏtrafımı bürüdü.Amma Yəhuda hələ də Allahla birgə gedir,Müqəddəs Olana sadiqdir.