Flash Needs to be Turned On
1«Ey İsrail övladları, Rəbbin sözünü eşidin,Çünki bu ölkədə yaşayanlarıRəbb ittiham edir.Sədaqət, məhəbbət, Allahı tanımaqBu yerdə yox olub.2Lənət, yalan, qətl, oğurluq və zinaHər yerə yayılıb.Qoluzorluluq edərəkQan üstünə qan tökürlər.3Bundan ötrü ölkə yas tutur,Orada yaşayan hər kəs bezib.Həmçinin çöl heyvanları, göy quşları,Hətta dənizdəki balıqlar da məhv olur.4Ancaq heç kəs dava etməsin,Heç kəs başqasını təqsirləndirməsin,Çünki Mənim davam səninlədir, ey kahin.5Sən gündüz büdrəyəcəksən,Peyğəmbər də gecə səninlə birgə.Sənin ananı məhv edəcəyəm.6Xalqım biliksizlikdən məhv oldu.Sən biliyi rədd etdiyin üçünMən də səni rədd edəcəyəm ki,Bir daha Mənə kahinlik etməyəsən.İndi ki öz Allahının qanununu unutdun,Mən də sənin balalarını unudacağam.7Kahinlər nə qədər çoxaldısa,Mənə qarşı o qədər çox günah etdi.Onların izzətini rüsvayçılığa çevirəcəyəm.8Xalqımın günahı ilə bəslənirlər,Onların qəbahətinə can atırlar.9Xalqın başına gələnKahinin də başına gələcək.Tutduqları yol üçün onları cəzalandıracağam.Əməllərinin əvəzini onlara ödəyəcəyəm.10Yeyəcəklər, amma doymayacaqlar,Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar,Çünki onlar Rəbbi tərk edibBaşqa allahlara könül verdi.11Zina, köhnə və təzə şərabOnların ürəklərini cəlb edib.12Xalqım ağacdan olan əşyaya sual verir,Əsalarından cavab alır,Çünki xəyanət ruhu onları azdırdı.Özlərinin Allahından ayrılıb xəyanət etdilər.13Dağların başında qurban kəsirlər,Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altındaKölgələri gözəl olduğu üçün buxur yandırırlar. Buna görə də qızlarınız fahişəlik edir,Gəlinləriniz də zinakardır.14Fahişəlik edən qızlarınızı,Zina edən gəlinlərinizi cəzalandırmayacağam.Çünki kişiləriniz fahişələrlə oynaşır,Məbəd fahişələri ilə birgə qurban kəsir.Dərrakəsiz xalq məhv olacaq.15Ey İsrail, sən xəyanət etsən də,Heç olmasa Yəhuda təqsirkar olmasın.Qilqala getməyin,Bet-Avenə çıxmayın.“Var olan Rəbbin haqqı üçün”Deyib and içməyin.16Bəli, İsrail inadkar bir düyə kimi inad etdi.İndi Rəbb onlarıOtlaqda quzu otaran kimi necə otarsın?17Efrayim bütlərindən yapışdı,Burax onu!18Onlar içkiləri qurtarandan sonraHələ pozğunluq da edir.Onların başçıları rüsvayçılığı çox sevir.19Külək onları qanadları ilə sarıyacaq,Qurbanlarından ötrü utanacaqlar.