Flash Needs to be Turned On
1Ey kahinlər, bunu eşidin!Ey İsrail nəsli, diqqətlə dinləyin!Ey padşah sarayında olanlar, qulaq verin!Sizin barənizdə hökm çıxarıldı,Çünki siz Mispada bir tələ,Tavor dağına sərilmiş bir tor oldunuz.2Qanunsuzlar adam öldürməklə məşğuldur.Amma Mən onların hamısını cəzalandıracağam.3Efrayimi tanıyıram,İsrail Məndən gizli deyil,Çünki indi sən fahişəlik edirsən, ey Efrayim,İsrail də murdarlanıb.4Əməlləri qoymur ki, onlarÖzlərinin Allahına tərəf dönsün,Çünki içlərində xəyanət ruhu var,Rəbbi də tanımırlar.5İsrailin qüruru özünə qarşı şəhadət edir.İsraillə EfrayimGünahlarından ötrü büdrəyib-yıxılır.Yəhuda da onlarla birgə yıxılır.6Qoyun-keçi, mal-qara qurban edərəkRəbbi axtarmağa gedəcəklər,Amma tapmayacaqlar,Çünki Rəbb onları tərk etdi.7Onlar Rəbbə xəyanət etdi,Çünki bic uşaqlar doğdu.İndi Təzə Ay mərasimi olandaOnlar tarlaları ilə birlikdə məhv olacaq.8Giveada şeypur çalın,Ramada kərənay çalın,Bet-Avendə car çəkin,Düşmən arxandadır, ey Binyamin!9Efrayim cəza günündə viran olacaq,Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.10Yəhuda başçılarıSərhəd daşı dəyişənlərə bənzəyir.Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.11Efrayim zülm gördü,Hökm ilə əzildi,Çünki bilə-biləBoş şeylərin dalınca getdi.12Mən Efrayimlilərə qarşı güvə,Yəhuda nəsli üçün kif olacağam.13Efrayim xəstəliyini,Yəhuda yarasını gördü.Efrayim Aşşura getdi,Böyük padşahdan kömək istədi,Amma o sizə şəfa verməz,Yaranızı sağaltmaz.14Bəli, Mən Efrayimlilərə qarşı bir şir,Yəhuda nəsli üçün cavan aslan olacağam.Mən, Mən onu parçalayıb gedəcəyəm,Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.15Sonra qayıdıb Öz məskənimə gedəcəyəm,O vaxtacan ki özlərini günahkar sayaraqMənim hüzurumu axtaracaqlar.Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».