Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 108

1Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb,Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.2Ey çəng və lira, oyan!Qoy səhəri oyadım.3Ya Rəbb, xalqlar arasındaSənə şükür edəcəyəm.Ümmətlər arasındaSəni tərənnüm edəcəyəm.4Məhəbbətin böyükdür, göylərdən ucadır,Sədaqətin buludlara çatır.5Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!6Sevdiyin insanların xilas olması üçünSağ əlinlə bizi qurtar, mənə cavab ver!7Allah Öz müqəddəs məskənindən belə söylədi:«Şekemi sevinclə bölüşdürəcəyəm,Sukkot dərəsini böləcəyəm.8Gilead torpağı Mənimdir,Menaşşe torpağı Mənimdir,Efrayim başımın dəbilqəsidir,Yəhuda Mənim əsamdır.9Moav yuyunmaq üçün ləyənimdir,Çarığımı ataraq Edomu tutacağam,Zəfər harayını Filiştə salacağam».10Kim məni istehkamlı şəhərə apara bilər?Edoma qədər kim mənə yol göstərə bilər?11Ay Allah, niyə bizi atmısan?Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?12Düşmənin qarşısında bizə imdad et,Çünki insanın köməyi puçdur.13Allahın köməyi ilə şücaət göstərəcəyik,O, düşmənlərimizi tapdalayacaq!