Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 109

1Ey tərənnüm etdiyim Allah, susma!2Çünki pislər, hiyləgərlər ağzını açıbYalançı dilləri ilə məndən danışırlar.3Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər,Nahaq yerə hücumlarına məruz qalıram.4Sevgimin əvəzinə mənə ittiham yağdırırlar,Mən isə dua etməkdəyəm.5Yaxşılığımın əvəzinə yamanlıq edirlər,Sevgimin əvəzinə nifrətlə cavab verirlər.6Belə adamın qarşısına bir pis insanı çıxar,Sağ tərəfində dayanıb onu ittiham etsin!7Hökm oxunanda o təqsirkar çıxsın,Qoy onun duası günah sayılsın!8Onun ömrü az olsun,Vəzifəsini başqası tutsun!9Övladları yetim,Arvadı isə dul qalsın!10Övladları didərgin düşüb dilənçi olsun,Yaşamağa xarabalıq belə, tapmasın!11Sələmçilər hər şeyini əlindən alsın,Nə qazanıbsa, yadellilər talayaraq aparsın!12Ona məhəbbət göstərən olmasın,Yetim qalan balalarına yazığı gələn tapılmasın!13Qoy onun nəsli kəsilsin,Gələcək nəslin arasından adları silinsin!14Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın,Anasının günahı heç zaman yuyulmasın!15Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar,Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!16Çünki məhəbbət göstərməyi unutdular,Məzlumu, fəqiri, qəlbisınıqlarıHəlak etmək üçün təqib etdilər.17Qarğış etməyi sevirdi, öz başına dönsün,Alqış etməyi sevmirdi, ona əli çatmasın!18Ondan əynindəki paltar kimi qarğış çıxardı,Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!19Qarğışı onu əyninin libası kimi bürüsün,Hər gün belinə kəmər tək dolansın!20Məni ittiham edənlər,Mənim barəmdə pis sözlər söyləyənlərRəbbin cəzasına gəlsinlər!21Lakin, ey Xudavənd Rəbb, ismin naminəÖzün mənə qayğı göstər,O gözəl məhəbbətinə görə məni azad et.22Çünki mən məzlum və fəqir insanam,Köksümdəki ürəyimdən yaralanmışam.23Düşən kölgə kimi itirəm,Vurulub atılan çəyirtkəyə bənzəyirəm.24Bax oruc tutmaqdan dizlərim əsir,Bir dəri, bir sümük qalmışam.25Görənlər mənə lağ edir,Başlarını yelləyir.26Ya Rəbb Allahım, Sən mənə kömək et,Məhəbbətinə görə məni qurtar.27Bilsinlər ki, bu Sənin əlindədir,Ya Rəbb, Sən bunu edə bilərsən.28Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver,Qoy onlar əleyhimə qalxarkən utansınlar.Sənin qulunam, qoy sevinim!29İttihamçılarım rüsvayçılığa bürünsünlər,Xəcaləti xalat kimi geyinsinlər.30Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək,Xalq içində Ona həmd edəcək.31Çünki O, fəqirin sağ tərəfində dayanar ki,Edam hökmü verənlərin əlindən onu qurtarsın.