Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 119

1Nə bəxtiyardır öz yolunda kamil olanlar,Rəbbin qanununa görə yaşayanlar.2Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər,Bütün qəlbi ilə Onu axtaranlar.3Həqiqətən, onlar fitnəkarlıq etməzlər,Rəbbin yolunda gəzərlər.4Sən qayda-qanunlarını qoydun,Bunlara bağlı qalmağı buyurdun.5Sənin qaydalarına bağlı qalmaq üçünKaş tutduğum yolda möhkəm olaydım.6Onda xəcalət çəkməzdim,Sənin bütün əmrlərindən gözümü çəkməzdim.7Adil hökmlərini öyrənərkənSənə düz qəlblə şükür edəcəyəm.8Sənin qaydalarına əməl edəcəyəm,Sən məni tamamilə tərk etmə!9Bir cavan yolunu necə təmiz saxlaya bilər?– Sənin sözlərinə bağlı qalmaqla.10Bütün qəlbimlə Səni axtarmışam,Qoyma əmrlərindən çıxım.11Sənə qarşı günah etməyim deyəKəlamını qəlbimdə qoruyub saxlamışam.12Ya Rəbb, Sənə alqış olsun!Qaydalarını mənə öyrət.13Ağzından çıxan hər hökmüDilimlə bəyan edirəm.14Göstərişlərinin ardınca gedərkən sevinirəm,Elə bil bolluca var-dövlətə çatmışam.15Qayda-qanunlarını dərindən düşünürəm,Sənin yollarından gözümü çəkmirəm.16Qaydalarından zövq alıram,Sözünü unutmuram.17Quluna comərdliyini göstər,Qoy yaşayım və sözünə bağlı qalım.18Gözlərimi aç ki,Qanununun xariqələrini görüm.19Əmrlərini məndən gizlətmə,Çünki mən bu dünyada bir qəribəm,20Hökmlərinin həsrətini çəkməkdənHər zaman ürəyim ağrıyır.21Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin,Çünki onlar lənətləndi.22Həqarəti, tənəni məndən uzaq et,Göstərişlərinə əməl etmişəm.23Başçılar yığılıb mənim üçün qəsd qurdular,Lakin mən qulun qaydalarını dərin düşünürəm.24Göstərişlərin mənə zövq verir,Onlar mənim məsləhətçilərimdir.25Mən torpağa düşmüşəm,Öz sözünə görə məni həyata qaytar.26Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin,Mənə qaydalarını öyrət.27Qayda-qanunlarının yollarını mənə Özün izah et,Xariqələrin barədə dərin düşünüm.28Kədərdən canım üzülüb,Öz sözünə görə mənə güc ver.29Məni yanlış yoldan uzaqlaşdır,Qanununa görə mənə lütf göstər.30Mən sədaqət yolunu seçdim,Hökmlərini gözümün önünə gətirdim.31Sənin göstərişlərindən yapışmışam,Ya Rəbb, qoyma xəcalətli qalım.32Qəlbimin düşüncəsini genişləndirərkənƏmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.33Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət,Onlara axıradək əməl edəcəyəm.34Mənə ağıl ver, qanununa görə yaşayım,Bütün qəlbimlə ona bağlanım.35Mənə əmrlərinin yollarını göstər,Bu yollardan zövq alaram.36Qəlbimi haram qazanca deyil,Göstərişlərinə tərəf yönəlt.37Qoyma gözlərim fani şeylərə baxsın,Öz yolunda mənə həyat bəxş et.38Səndən qorxanlara verdiyin vədiniQulun üçün həyata keçirt.39Qorxduğum tənələri məndən sovuşdur,Sənin hökmlərin nə yaxşıdır!40Qayda-qanunlarının həsrətini çəkirəm,Salehliyinlə məni yaşat.41Ya Rəbb, mənə məhəbbətini göstər,Kəlamına görə məni qurtar!42Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm,Çünki Sənin sözlərinə güvənirəm.43Qoy həqiqət kəlamı dilimdən düşməsin,Çünki Sənin hökmlərinə ümid bağlamışam.44Daim, əbədi olaraqQanununa bağlı qalacağam.45Azad gəzib-dolaşacağam,Çünki qayda-qanunlarını axtarmışam.46Padşahların hüzurunda göstərişlərindən danışacağam,Bundan utanmayacağam.47Sənin əmrlərindən zövq alıram,Onları sevirəm.48Sevdiyim əmrlərinə tərəf əl açacağam,Sənin qaydalarını dərindən düşünəcəyəm.49Sən quluna verdiyin sözü xatırla,Bu sözünlə mənə ümid vermisən.50Əzab çəkəndə bundan təsəlli tapıram ki,Kəlamın məni həyata qaytaracaq.51Lovğalar mənə çox istehza etdilər,Amma Sənin qanunundan dönmədim.52Əzəldən var olan hökmlərini xatırladıqca,Ya Rəbb, bunlardan təsəlli tapıram.53Qanununu atan pisləri görərkənQəzəb məni bürüyür.54Sənin qaydalarını bu qürbət eldəİlahi tək oxuyuram.55Hər gecə adını yadıma salıram,Ya Rəbb, qanununa bağlı qalıram.56Bu mənə bir adət oldu,Sənin qayda-qanunlarını yerinə yetirdim.57Ya Rəbb, mənim nəsibimsən,Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.58Bütün qəlbimlə Sənə yalvarıram,Sən Öz kəlamına görə mənə lütf göstər.59Tutduğum yollara nəzər salmışam,Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.60Əmrlərinə bağlanmaq üçün tələsirəm,Bunun üçün ləngimirəm.61Pis adamlar mənə kəmənd atarkənQanununu unutmadım.62Adil hökmlərinə görə Sənə şükür etmək üçünGecə yarısı qalxıram.63Səndən qorxanların hamısı ilə,Qayda-qanunlarına bağlı qalanlarla dostam.64Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb,Mənə qaydalarını öyrət.65Ya Rəbb, verdiyin sözə görəQuluna xeyirxahlıq etmisən.66Mənə ağıl, bilik öyrət,Çünki əmrlərinə inanıram.67Əzaba düşməzdən əvvəl yoldan azırdım,Amma indi mən kəlamına bağlıyam.68Nə qədər yaxşısan, xeyirxahlıq edirsən!Mənə qaydalarını öyrət.69Lovğalar yalanları ilə mənə qara yaxırlar,Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.70Onların ürəkləri piylənərək daş bağlayıb,Mənsə qanunundan zövq alıram.71Çəkdiyim əzabın xeyri mənə bu olub:Sənin qaydalarını öyrənirəm.72Ağzından çıxan qanun mənim üçünMinlərlə qızıldan, gümüşdən daha qiymətlidir.73Əllərinlə yaranmışam, mənə surət vermisən,Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.74Səndən qorxanlar məni görərkən sevinsinlər,Çünki Sənin sözünə ümid bağlamışam.75Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir,Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.76Quluna verdiyin kəlama görəMəhəbbətin mənə təsəlli versin.77Mənə mərhəmət et ki, yaşayım,Çünki qanunundan zövq alıram.78Mənim barəmdə yalan danışan lovğaları utandır,Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.79Səndən qorxanlar yanıma gəlsin,Onlar Sənin göstərişlərini bilənlərdir.80Qaydalarına görə mənim qəlbim kamil olsun,Qoy heç zaman xəcalət çəkməyim!81Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb,Sözünə ümid bağlamışam.82Sözünün intizarından gözümün nuru sönür.Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»83Tüstü içindəki tuluq kimi oldum,Amma qaydalarını unutmuram.84Qulun daha nə qədər gözləsin?Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?85Qanununu pozan lovğa insanlarMənim üçün quyu qazıblar.86Sənin bütün əmrlərin etibarlıdır.Kömək et! Məni yalançı insanlar təqib edir.87Az qaldı ki, yer üzündən məni yox etsinlər,Lakin qayda-qanunlarından çıxmamışam.88Məhəbbətinə görə mənə həyat ver,Ağzından çıxan göstərişlərə bağlı qalım.89Ya Rəbb, sözün əbədidir,Göylərdədir, dəyişməzdir.90Sədaqətin nəsildən-nəslə çatır,Yer üzünü Sən qurmusan, möhkəm qalır.91Hökmlərinə görə bu günədək hər şey qalır,Onlar Sənin xidmətində dayanırlar.92Sənin qanunundan zövq almasaydım,Əzab çəkməkdən həlak olardım.93Qayda-qanunlarını heç vaxt unutmaram,Çünki onlarla məni həyata qaytarmısan.94Qurtar məni, mən Səninəm,Qayda-qanunlarını axtarmışam.95Pislər məni öldürmək üçün pusqu qurarkənMən Sənin göstərişlərinin üzərində düşünürəm.96Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur,Sənin əmrlərin isə sərhəd tanımır.97Qanununu nə qədər sevirəm!Həmişə onun üzərində dərindən düşünürəm.98Əmrlərin məni düşmənlərimdən daha müdrik edir,Çünki onlar həmişə mənimlədir.99Bütün müəllimlərimdən daha aqil olmuşam,Çünki göstərişlərin üzərində dərindən düşünürəm.100Ağsaqqallardan da artıq dərrakəliyəm,Çünki qayda-qanunlarına əməl edirəm.101Ayağımı hər pis yoldan kənar qoydum ki,Sözlərinə bağlı qalım.102Hökmlərindən dönməmişəm,Çünki məni Sən belə öyrətmisən.103Vədlərin damağıma necə də ləzzət verir!Onlar dilimdə baldan şirindir.104Qayda-qanunlarına görə dərrakəliyəm,Buna görə hər yanlış yola nifrət edirəm.105Sözün addımıma çıraqdır,Yollarıma işıqdır.106Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm,Yerinə yetirəcəyəm.107Ya Rəbb, nə qədər əzab çəkmişəm!Öz sözünə görə həyatımı qoru.108Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et,Mənə Öz hökmlərini öyrət.109Həyatım daim təhlükəyə düşdü,Amma qanununu unutmadım.110Pislər mənə tələ quranda belə,Mən Sənin qayda-qanunlarını pozmadım.111Əbədilik Sənin göstərişlərinə malikəm,Çünki onlar qəlbimə sevinc verir.112Qəlbimi əbədilik, sonsuzadəkQaydalarına əməl etməyə meyl etdirmişəm.113İkiüzlü insanlara nifrət edirəm,Qanununu isə sevirəm.114Sən pənahgahım, sipərimsən,Sözünə ümid bağlamışam.115Siz ey pislər, məndən uzaq olun!Qoy Allahımın əmrlərinə əməl edim.116Kəlamınla mənə dayaq ol ki, yaşayım,Ümidim boşa çıxmasın, utanmayım.117Özün mənə dayaq ol, qoy mən nicat tapım,Sənin qaydalarını həmişə nəzərimdə tutum.118Qaydalarını atanları Özündən kənar edirsən,Çünki onların bütün fəndləri boşdur.119Yer üzünün bütün pislərini tullantı hesab edirsən,Buna görə göstərişlərini sevirəm.120Zəhmindən bədənim lərzəyə gəlir,Hökmlərindən çox qorxuram.121Ədalətli, düz işlər görmüşəm,Məni zülmkarlara təslim etmə.122Qulunun xeyri üçün zamin dur,Qoyma lovğa insanlar mənə zülm etsin.123Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdənGözümün nuru sönür.124Quluna məhəbbət göstər,Qaydalarını mənə öyrət.125Qulunam, mənə ağıl ver ki,Sənin göstərişlərini dərk edim.126Ya Rəbb, insanlar qanununu pozdular,Vaxtı çatıb, onlar üçün bir tədbir gör.127Qızıldan, saf qızıldan çoxSənin əmrlərini sevirəm.128Bəli, bütün qayda-qanunlarına görəMən düz yolla gedirəm,Bütün səhv yollarasa nifrət edirəm.129Göstərişlərinin heyrətamizliyinə görəOnlara ürəkdən əməl edirəm.130Kəlamının açıqlanması nur saçır,Hər nadanı ağıllandırır.131Ağız açıb ah-zar edirəm,Çünki əmrlərinin həsrətini çəkirəm.132Adını sevənlər üçün etdiyin adətə görəMənə bax və lütf göstər.133Kəlamınla addımlarımı möhkəmləndir,Qoy heç bir təqsirim mənə hakimlik etməsin.134Məni insanların zülmündən qurtar,Qoy Sənin qayda-qanunlarına bağlı qalım.135Üzün qulunun üstünə nur saçsın,Sən mənə qaydalarını öyrət.136Gözlərimdən sellər kimi yaş axır,Çünki insanlar qanununa bağlı qalmırlar.137Ya Rəbb, adilsən,Hökmlərin doğrudur.138Buyurduğun göstərişlər ədalətlidir,Onlar tamamilə etibarlıdır.139Qeyrətim məni yandırıb-yaxıb,Çünki düşmənlərim Sənin sözlərini unudub.140Sənin kəlamın çox safdır,Bu qulun onu sevir.141Kiçik sayılsam da, mənə xor baxsalar da,Qayda-qanunlarını unutmamışam.142Salehliyin əbədi salehlikdir,Sənin qanunun həqiqətdir.143Başıma sıxıntı və məşəqqət gəldi,Amma Sənin əmrlərin mənə zövq verdi.144Sənin göstərişlərin həmişə ədalətlidir,Mənə ağıl ver ki, yaşayım.145Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm,Sənin qaydalarına əməl edəcəyəm.146Səni səslədim, məni qurtar,Qoy göstərişlərinə bağlı qalım.147Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram,Çünki ümidimi Sənin sözlərinə bağlayıram.148Gecə boyu gözümə yuxu getmir,Kəlamını dərindən düşünürəm.149Məhəbbətinə görə mənim səsimi eşit,Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.150Şər ardınca qaçanlar mənə yaxınlaşdılar,Onlar Sənin qanunundan uzaqlaşdılar.151Ya Rəbb, Sən mənə yaxınsan,Bütün əmrlərin həqiqətdir.152Göstərişlərini lap əvvəldən öyrənirəm,Əbədi qalsın deyə öyüdlərini verdin.153Çəkdiyim əzabı gör, məni qurtar,Çünki qanununu unutmamışam.154Münaqişəmi həll edib Özün məni azad et,Mənə kəlamına görə həyat bəxş et.155Pislər qurtuluşdan uzaqdır,Çünki onlar Sənin qaydalarını axtarmırlar.156Ya Rəbb, mərhəmətin çoxdur,Hökmlərinə görə məni yaşat.157Düşmənlərim, məni təqib edənlər çoxdur,Lakin Sənin göstərişlərindən dönmədim.158Bu xainlərə ikrahla baxıram,Çünki Sənin vədinə bağlı qalmayıblar.159Sənin qayda-qanunlarını gör nə qədər sevirəm,Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.160Sözlərinin mahiyyəti həqiqətdir,Bütün ədalətli hökmlərin əbədidir.161Başçılar boş yerə məni təqib edir,Amma ürəyim Sənin sözlərindən qorxur.162Çoxlu qənimət tapan bir insan kimiSənin kəlamın məni sevindirir.163Yalandan zəhləm gedir, iyrənirəm,Çünki qanununu sevirəm.164Ədalətli hökmlərinə görəHər gün yeddi dəfə Sənə həmd edirəm.165Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar,Onlar heç nə ilə büdrəməzlər.166Ya Rəbb, xilasına ümid bəsləmişəm,Əmrlərinə əməl etmişəm.167Göstərişlərinə ürəkdən bağlanmışam,Onları çox sevirəm!168Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram,Çünki bütün yollarım Sənin hüzurundadır.169Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın,Mənə Öz sözünə görə ağıl ver.170Qoy yalvarışım hüzuruna çatsın,Məni Öz kəlamınla azad et.171Qoy dilimdən həmdlər tökülsün,Mənə qaydalarını öyrətmisən.172Sənin kəlamını dilim tərənnüm etsin,Çünki Sənin bütün əmrlərin ədalətlidir.173Sənin əlin mənə kömək etsin,Çünki Sənin qayda-qanunlarını seçdim.174Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm,Qanunundan zövq alıram.175Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum,Hökmlərin qoy mənə kömək olsun.176İtən quzu kimi azmışam, qulunu axtar,Çünki əmrlərini unutmamışam.