Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 120

1Dar gündə Rəbbi səslədim,O mənə cavab verdi.2Dedim: «Ya Rəbb, yalançı dodaqlardan,Fitnəkar dillərdən canımı qurtar».3Ey fitnəkar dil, sənə nə veriləcək?Bu işinin əvəzi nə ilə ödəniləcək?4Cəngavərin iti oxları,Yanan odundan düşən közlər!5Yazıq canım, Meşekdə qərib olmuşam,Qedar çadırlarında yaşayıram!6Mənim belə yerdə,Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.7Mən sülh sevirəm, buna görə danışıram,Onlarsa müharibə üçün çalışır.