Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 128

1Nə bəxtiyardır Rəbdən qorxan,Onun yolları ilə gedən insan!2Çünki öz əlinin bəhrəsini yeyəcəksən,Xoşbəxt olub uğur qazanacaqsan.3Evində arvadın tənək kimi bar gətirəcək,Övladların zeytun pöhrələri kimiSüfrənin ətrafını bürüyəcək.4Rəbdən qorxan insanBelə xeyir-dua alacaq:5Rəbb Siondan sənə xeyir-dua versin,Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,6Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!