Flash Needs to be Turned On
1Qoy İsrail söyləsin:«Mənə gəncliyimdən bəri əzab verdilər.2Bəli, gəncliyimdən bəri mənə əzab verdilər,Lakin məğlub edə bilmədilər.3Elə bil kürəyimdə kotan sürüblər,Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.4Rəbb isə adildir,Pislərin buxovlarını qırdı».5Siona nifrət bəsləyənlərin hamısıQoy xəcalət içində geri qovulsun!6Qoy cücərmədən solsunlar,Damda bitən ot kimi olsunlar!7O, biçinçinin ovcunu,Dərz bağlayanın qucağını doldurmaz!8Yoldan keçən onlara belə deməz:«Rəbb sizə xeyir-dua versin,Sizə Rəbbin ismi ilə alqış olsun!»