Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 140

1Ya Rəbb, məni şər adamlardan xilas et,Məni qəddar insanlardan hifz et.2Ürəklərində pis niyyətləri var,Hər gün dava yaradırlar.3Kəskin dilləri ilan tək çalar,Sanki dodaqlarında gürzə zəhəri var.Sela4Ya Rəbb, şər insanın əlindən,Qəddar insanlardan məni qoru.İstəyirlər ki, ayağımı büdrətsinlər.5Bu təkəbbürlü insanlar mənə tələ qurublar,Tor atıblar, cələlərini yolumun üstünə qoyublar.Sela6Rəbbə dedim: «Allahım Sənsən,Ya Rəbb, yalvarıram, Sən məni eşit!7Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan,Döyüş günündə başıma dəbilqə qoymusan.8Ya Rəbb, qoy pis adam muradına çatmasın,Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın».Sela9Ətrafımdakıların ağzından çıxan pis sözlərQoy öz başlarına tökülsün!10Qoy onların üstünə yanar közlər tökülsün,Onlar quyuya düşüb, çıxa bilməsin!11Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın,Bəlalar qəddarı vursun, onu ovlasın!12Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır,Fəqirlərə haqq qazandırır.13Bəli, salehlər Sənin isminə şükür oxuyacaq,Əməlisalehlər hüzurunda yaşayacaq.