Flash Needs to be Turned On
1Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş,Fəryad edərkən səsimi eşit!2Qoy hüzurunda dualarım buxur kimi,Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!3Ya Rəbb, ağzıma nəzarətçi qoy,Dodağımın qapısını qoru.4Qoyma qəlbim şərə meyl etsin,Şər iş görənlərə qoşulub mən də pis iş görməyim,Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.5Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər,Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır.Daim pislərin şərinə qarşı dua edərəm.6Hakimləri yarğandan atılarkənQoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.7Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimiSümüklərimiz ölülər diyarının qapısına səpilib.8Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm,Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.9Şər iş görənlərin tələsindən,Onların qurduğu cələdən məni qoru.10Qoy pislər öz torlarına düşsün,Mən də yolumu salamat keçib-gedim.